QueeRadar
QueeRadar - medianın queer monitorinqi
31/08/2026
What did the media say about LGBTIQ+ in the South in 2025?
We’re finding out.
For the past months, we’ve been monitoring media coverage across , and , looking at the language, narratives and frames used to talk about LGBTIQ+ people and related issues.
We’re now working through the final data.
The annual media monitoring report is coming 🔜
01/06/2026
Q***rlər 1969-cu ildə Stounvoll üsyanına çıxanda daha yaxşı gələcəyin təminatına malik deyildilər. Onlar sadəcə susmaqdan imtina etmişdilər. Bu gün Qürur Ayı bizə həmin mirası xatırladır:hüquqlar heç vaxt öz-özünə verilmir, onlar davamlı mübarizə və həmrəylik nəticəsində qazanılır.
Bu ayın mənası heç vaxt yalnız qələbələri qeyd etmək olmayıb. Bu ay həm də mövcud olmaqda israr etməkdir.Çətin şərtlərdə belə bir-birimizi tapmaq, dostluqlar qurmaq, qayğı göstərmək, hekayələrimizi danışmaq və görünməzliyə məhkum edilməyi qəbul etməməkdir.
2010-cu illərdən etibarən Azərbaycanda LGBTİQ+ təşəbbüslərinin, platformalarının və icmalarının formalaşması ilə q***r həyatına dair söhbətlər daha çox görünməyə və eşidilməyə başladı. Uzun müddət gizlədilən təcrübələr, hekayələr və problemlər ictimai müzakirələrin bir hissəsinə çevrildi.Lakin aktivizm genişləndikcə təqib və təzyiqlər də qaçılmaz oldu. Əvvəllər danışılmayan mövzular gündəmə gəldikcə məlum oldu ki, cəmiyyətdə və dövlət strukturlarında homofobiya və transfobiya dərin kök salıb.
Son illərdə q***r fəallığı daha ciddi şəkildə hədəfə çevrilib. Aktivistlər və hüquq müdafiəçiləri təzyiq, təhdid və zorakılıqla üzləşib, bir çoxu ölkəni tərk etməyə məcbur olub. Bəzi təşəbbüslər fəaliyyətini dayandırıb, bəziləri isə mühacirətdə fəaliyyətini davam etdirir. İcmanın pərən-pərən düşməsi təsadüfi deyil; bu, illərlə davam edən təcrid, damğalama və təzyiqlərin nəticəsidir.
Bu il Qürur Ayını qeyd edərkən həm itirdiklərimizi, həm də yaratmağa davam etdiklərimizi xatırlayırıq. Ölkədə qalanları, ölkəni tərk etməyə məcbur olanları, görünənləri və görünməyənləri...
Xoş gəldin, Qürur Ayı. 🌈
30/12/2025
“Nifrətə yaşıl işıq”: Onlayn nifrət real həyatda zorakılığa necə yol açır?
Son günlər Bakıda LGBTİQ+ vətəndaşların polis tərəfindən kütləvi saxlanılması ətrafında gedən müzakirələr bir daha göstərir ki, kuir kimliklərə qarşı nifrət təkcə sosial mediada qalmır. “Facebook” və “Instagram”da kuirlərin məruz qaldığı təhqir, lağlağı, stiqmatizasiya və zorakılıq çağırışları real həyatda daha ağır nəticələr üçün zəmin yaradır.
“Meta” şirkətinin nifrət nitqini normallaşdıran siyasət dəyişikliklərinin Azərbaycan kontekstində yaratdığı təsirləri təhlil etmək üçün “Nifrətə yaşıl işıq” adlı mini-hesabat hazırlamışıq. Hesabat 2025-ci ilin ilk altı ayında azərbaycandilli sosial media məkanında LGBTİQ+u hədəf alan nifrət nitqini sənədləşdirir.
Sosial mediada nifrətə yaşıl işıq İnfluenserlər, media qurumları və yarı-ictimai fiqurlar nifrət narrativlərinin formalaşmasında və yayılmasında məqsədyönlü iştirak edirlər.
09/12/2025
Azərbaycanda kuir həyatların ilk sənədli kino yaddaşı formalaşır. Bu məqalədə yerli kuir rejissorların çəkdiyi ilk filmlər, “ev” anlayışının mənası və uzun illər görünməz qalmış kimliklərin kinoda necə yer tapdığına baxırıq.
Azərbaycan kuir kinosunun sənədli pionerləri Kiçikbüdcəli, lakin mövcudluğu ilə radikal olan bu filmlər Azərbaycanda kuir kinematoqrafiyanın ilk səhifələrini yazır,
20/11/2025
Hər il 20 noyabrda transfob zorakılıq nəticəsində həyatını itirən insanların xatirəsini anırıq. Q***rRadar bu gündən etibarən başlayan Translar Haqqında Maarifləndirmə Həftəsi münasibətilə öz missiyasına uyğun olaraq Azərbaycan mətbuatı üçün kiçik bir bələdçi hazırlayıb. Təlimatımızı jurnalistlərlə bölüşün, onları məsuliyyətli olmağa çağırın.
Nifrət cinayətlərinə gedən yol nifrət nitqindən, mətbuatda yayılan anti-trans stereotiplərdən, cəmiyyətdə nifaq yaradan sensasiya dolu başlıqlardan başlayır.
Translar barədə yazarkən nələrə diqqət edilməli olduğunu daim hesabatlarımızda, bələdçilərimizdə yazmışıq. Ətraflı məlumat üçün veb-saytımıza daxil olun.
29/09/2025
Monitorinqimiz nəticəsində ortaya çıxan infoqrafika.
Bu, Azərbaycan mediasında LGBTİQ+ məsələləri ilə bağlı kuirfobiyanın müxtəlif formalarını göstərir.
2024-cü il ərzində ən çox rast gəlinən hallara aşağıdakılar daxildir:
1) Sensasiyalı və qalmaqallı çalarlar
2) Mənfi imic yaradılması
3) Oriyentasiyanın və gender mənsubiyyətinin yersiz xatırladılması
4) Yanlış terminologiya (“LGBT nümayəndəsi”, “cinsi azlıq”, “gender dəyişikliyi” və s.)
Bu nəticələr jurnalistlərin stereotipləri necə gücləndirdiklərini, neqativ təsəvvürlərin formalaşmasını təşviq etdiklərini və bununla da LGBTİQ+a qarşı diskriminativ münasibətin normallaşdırıldığını əks etdirir.
18/09/2025
Bugünlərdə Bakıda trans qadına hücum görüntüləri yayılıb. Avtomobildə olan üç kişi hadisəni canlı yayımda göstərib, təhqiramiz ifadələr səsləndirib, daş ataraq qadına xəsarət yetirib. Bu, təkcə bir qadına qarşı hücum deyil. Bu, bütün LGBTİQ+ vətəndaşların həyat və təhlükəsizlik hüquqlarına açıq təhdiddir. Məsələ barədə q***r-feminist kollektivlər bəyanat yayıb.
Bakıda transfob hücumla bağlı bəyanat Bakının Neftçilər metrosu yaxınlığında trans qadına qarşı hücum edilməsi ilə bağlı görüntülər yayılıb. Bu, bütün LGBTİQ+ vətəndaşların həyat və təhlükəsizlik hüquqlarına qarşı açıq-aşkar təhdiddir.
17/09/2025
🎬 Gözəl xəbər!
Kollektivimizin dəstək göstərdiyi “Dovşan getmək qərarına gəlir” (rejissor: Vusala Hajiyeva ) sənədli-eksperimental filmi yenidən tamaşaçılarla görüşəcək! Film Samizdat Eastern European Film Festivalının qısametrajlı film müsabiqəsində yarışacaq. Hər il payız mövsümündə Glazqo şəhərində baş tutan "Samizdat"da Şərqi Avropa, Mərkəzi Asiya və Qafqazdan seçilmiş filmlər, retrospektivlər, animasiya kolleksiyaları və qısa film təqdimatları yer alır.
📍 Nümayiş detalları:
Tarix: 2 oktyabr, 2025-ci il
Saat: 19:00
Yer: The Pyramid at Anderston
Yolunuz Qlazqoya düşəcəksə, filmi izləməyi və fikirlərinizi paylaşmağı unutmayın!
17/09/2025
2024-cü ildə Azərbaycan mediasında LGBTİQ+ mövzusu necə işıqlandırılıb?
21 mətbuat orqanı üzrə apardığımız araşdırma göstərir ki, dərc olunan 691 materialdan yalnız 106 -sı (15%) yerli problemlərə toxunub, qalan 85% xarici xəbərlərə fokuslanıb.
Nəticələr göstərir ki, hökmətyönlü media xaricdəki anti-LGBTİQ+ hadisələri məmnuniyyətlə işıqlandırır və belə diskriminativ siyasətləri ön plana çıxarmaqla ölkədaxili kuirfob siyasətlərə bəraət qazandırmağa çalışır.
Hesabatımızla daha ətraflı tanış olun: https://q***radar.com/2024-cu-ild%c9%99-qafqaz-mediasinda-lgbtiq-nec%c9%99-t%c9%99qdim-olundu/
04/09/2025
Dostlar, sorğu keçiririk, sizin təcrübəniz vacibdir!
Bilirsiniz ki, Facebook, Instagram və Threads kimi Meta platformalarında bu ilin yanvarında inklüzivlik, müxtəliflik və nifrət nitqinə dair siyasət dəyişiklikləri qəbul edilib.
Biz öyrənmək istəyirik: bu dəyişikliklərdən sonra Azərbaycanda yaşayan LGBTİQ+ vətəndaşların, eləcə də xaricdə yaşayan azərbaycanlı kuirlərin sosial mediada qarşılaşdıqları təcrübələr necədir?
Məqsədimiz nifrət nitqinin, təhqirlərin, zorakılıq təhdidlərinin və ayrı-seçkilik çağırışlarının miqyasını və təsirini sənədləşdirməkdir.
Cavablar tamamilə anonimdir və yalnız araşdırma məqsədilə istifadə olunacaq.
Sorğunu doldurmaq cəmi 5–7 dəqiqə vaxt aparır. Link şərhdədir.
QueeRadar | Medianın Q***r Monitorinqi Göndərilib inHesabatlar2024-cü ildə Qafqaz mediasında LGBTİQ+ necə təqdim olundu? Göndərənmüəllif: QueeRadar 10/08/2025 Davamını oxu
Category
Contact the business
Website
Address
Alerts
Be the first to know and let us send you an email when QueeRadar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.