Devlab LLC
Milli texnoloji inkişaf üçün vahid ekosistem
Praktikaya keçid edin, performans analizi ilə inkişafı izləyin, partnyor şirkətlərdə iş imkanı qazanın.
04/08/2026
Növbəti dalğa üçün erkən qeydiyyat açıqdır!
Əvvəlcədən qeydiyyatdan keçənlər imtahan və müsahibə mərhələlərinə daha erken çağırılacaqlar. Təcrübə qazanmaq və yerini erkən tutmaq üçün indi qoşul.
Qeydiyyat linki Bio-da!
15/07/2026
Bazarın reallığı xəyallarımızdakından bir qədər fərqlidir.
Artıq, “nə bacarırsan?” dövrü başlayıb və iş dünyası təcrübə və bacarıq tələb edir.
Bəs sən bu reallıq üçün hazırsanmı?
Əgər cavabın mənfidirsə, Devlab sənin üçün ən yaxşı seçimdir!
10/06/2026
Hələ də şansın var!
Devlab Təcrübə-Akselerasiya Proqramının Yeni Dalğa-sına qeydiyyat davam edir!
Texnologiya dünyasına real layihələrlə addım atmaq, professional təcrübə qazanmaq və karyerasını indidən qurmaq istəyən gənclərin müraciətlərini qəbul etməyə davam edirik. Yerlər dolmadan bu böyük fürsətdən yararlanmağa tələsin!
Xatırladaq ki, bu dalğada seçilmiş istedadlara aşağıdakı sahələr üzrə 100%, 80% və 60% təqaüd imkanları təqdim olunur.
Müraciət edə biləcəyiniz istiqamətlər:
• Frontend Development
• Backend Development
• Data Science
• Data Analytics
Praktiki biliklərə yiyələnib karyerana real yön vermək və Devlab mühitinin talantlara özəl bütün üstünlüklərindən yararlanmaq üçün müraciətini gecikdirmə.
📅 Son müraciət tarixi: 15 iyun
🔗 Qeydiyyat linki: devlab.llc/apply (Müraciət linki Bio-da mövcuddur)
100%-ə qədər təqaüdlə real iş mühitində təcrübə qazanmaq şansını əldən vermə. Vaxt bitmədən keçidə daxil ol və müraciətini tamamla!
09/06/2026
Demo Day geridə qaldı!
Qazanılan təcrübələr, yaranan tanışlıqlar və xatirələr isə bizimlə qalacaq!
Həftələrdir davam edən gərgin iş, əvəzsiz əmək və böyük inkişaf yolu öz bəhrəsini verdi. Tələbələrimiz real iş mühitində qazandıqları təcrübələri rəqəmsal layihələrə çevirərək ekosistemin öncülləri qarşısında parlaq çıxışlar etdilər.
Sürüşdürərək bu möhtəşəm gündən ən yaddaqalan anlara baxa bilərsiniz.
Bizimlə olan, gənclərə dəstək verən və bu enerjini paylaşan hər kəsə təşəkkür edirik! Növbəti tədbirlərdə görüşmək üzrə!
07/06/2026
Demo Day-in qonaqları sırasında o da yer alır!
Ölkəmizdə texnoloji təhsilin inkişafı, gənc istedadların kəşf olunması və ekosistemin böyüməsi gələcəyin rəqəmsal dünyasını quran ən güclü sütunlardandır. Talantlarımızın praktiki layihələrinə peşəkar nəzərlə baxmaq, onlara real bazar mühitinə uyğun istiqamət vermək və öz dəyərli idarəçilik təcrübəsini bölüşmək üçün sahənin ən aparıcı simalarından biri bizimlə olacaq.
İlqar Bəşirov – “Texnoera Academy”-nin təsisçisi və baş icraçı direktoru (CEO).
Bununla da qonaqlarımızı təqdim edib bitirdik!
Lakin Demo Day-də həyecan bununla bitmir. Tələbələrimizin potensialını dəyərləndirmək və onları karyera imkanları ilə görüşdürmək üçün ölkənin aparıcı İT mütəxəssisləri və xüsusilə peşəkar HR ekspertləri də bizimlə olacaq. Böyük günə sayılı saatlar qaldı, bizi izləmədə qalın!
07/06/2026
Böyük gün məhz bu gündür — başlamasına artıq sayılı saatlar qaldı!
Sahə üzrə aparıcı mütəxəssislər, ekspertlər, spikerlər və xüsusi qonaqlar bu gün bizimlə olacaq. Texnologiya ekosisteminin peşəkarları ilə bir araya gəlmək, dəyərli təcrübələri bölüşmək və güclü networking imkanlarını qaçırmamaq üçün geri sayım başladı.
06/06/2026
Demo Day-də bizimlə olacaq növbəti qonağımızı təqdim edirik!
Müasir texnoloji həllərin, mürəkkəb sistemlərin qurulması və proqram təminatı memarlığı qlobal rəqabətdə layihələrin uğurunu müəyyən edən əsas amillərdəndir. Tələbələrimizin innovativ layihələrini dinləmək, onlara qlobal standartlara uyğun peşəkar rəylər vermək və öz beynəlxalq təcrübəsini bölüşmək üçün sahənin çox dəyərli bir mütəxəssisi bizimlə olacaq.
Murad Cəfərov – “Microsoft” şirkətində Senior Software Architect.
Tədbirimizdə layihələri qiymətləndirəcək və gənclərə istiqamət verəcək digər qonaqlarımızı, spiker və ekspertlərimizi təqdim etməyə davam edəcəyik. Yeni paylaşımları qaçırmamaq üçün bizi izləmədə qalın!
05/06/2026
Hər gün LinkedIn-də başqalarının uğurlarını, aldıqları yeni iş təkliflərini izləməkdən yorulmadınız?
Bəs növbəti uğur hekayəsi niyə məhz sizin olmasın?
Bir neçə aydan sonra eyni postu öz profilinizdə paylaşmaq və təbrikləri qəbul etmək tamamilə sizin əlinizdədir. Vakansiyalarda tələb olunan praktiki bilik və layihə təcrübəsini qazanmaq üçün sizə sadəcə nəzəriyyə və kurslar yox, Devlab mühiti lazımdır.
Sizi arzuladığınız o hədəfə çatdırmaq üçün Təcrübə-Akselerasiya Proqramının Yeni Dalğasına qeydiyyat aşağıdakı sahələr üzrə davam edir.
•Frontend Development
•Backend Development
•Data Science
•Data Analytics
Seçim mərhələsini uğurla keçən istedadlar 100%, 80% və 60% təqaüd şansı qazanacaqlar!
📅 Son müraciət tarixi: 15 iyun
🌐 Qeydiyyat linki Bio-da yerləşdirilib! (devlab.llc/apply)
04/06/2026
Demo Day-in növbəti qonağını elan edirik!
Maliyyə və strateji idarəetmə, texnoloji həllərin real biznes mühitində tətbiqi və düzgün istiqamətləndirilməsi üçün böyük önəm daşıyır. Tələbələrimizin layihələrini dinləmək, onlara real bazar tələblərinə uyğun rəylər vermək və öz iş təcrübəsini bizimlə bölüşmək üçün dəyərli bir ekspert həmin gün bizimlə olacaq.
Orman Sultanlı – “PASHA Private Banking” şirkətində Private Banking Sales Team Lead.
Dəyərli fikirləri və təcrübələri ilə tədbirimizə dəyər qatacaq digər qonaqlarımızı, spiker və ekspertlərimizi təqdim etməyə davam edəcəyik. Növbəti paylaşımları qaçırmamaq üçün bizi izləmədə qalın!
Category
Website
Address
1010
Opening Hours
| Monday | 09:00 - 21:00 |
| Tuesday | 09:00 - 21:00 |
| Wednesday | 09:00 - 21:00 |
| Thursday | 09:00 - 21:00 |
| Friday | 09:00 - 21:00 |
| Saturday | 09:00 - 21:00 |
| Sunday | 09:00 - 15:00 |