Alat.Az
Ələt qəsəbəsi, ətraf rayon, qəsəbə və kəndlər, ölkə və dünya xəbərlərinin istinad
12/09/2026
Vətənə xidmət etmək ən böyük şərəfdir!
10/09/2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da paytaxtın Qaradağ rayonunda “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Fabriora Group” MMC-nin təsisçisi İbrahim Uygur dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdilər.
Bildirildi ki, müəssisədə həm yerli bazar, həm də xarici ölkələrdən gətirilən xammal və materiallardan istifadə olunmaqla kağız və gigiyenik məhsullar, o cümlədən uşaq bezləri, müxtəlif salfetlər və yuyucu vasitələr istehsal ediləcək. On bir hektara yaxın ərazidə yerləşən müəssisədə Almaniya, İtaliya və Türkiyənin müasir və yüksək avtomatlaşdırılmış istehsal texnologiyaları tətbiq olunacaq.
Məhsullar daxili bazarla yanaşı, Gürcüstana, Qazaxıstana, Rusiyaya, Yaxın Şərq ölkələrinə və digər dövlətlərə ixrac ediləcək. Burada 240 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.
Müəssisə İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Layihənin ümumi investisiya dəyəri 27 milyon manatdır.
“Fabriora Group” MMC investisiya təşviqi sənədi əsasında avadanlıq idxalı zamanı ƏDV və gömrük rüsumlarından 1 milyon manat dəyərində güzəşt əldə edib.
Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sənaye potensialının gücləndirilməsi və rəqabətqabiliyyətli istehsalın genişləndirilməsidir. Sənayeləşmə prosesinin nəticələrindən biri də ölkədə daha dayanıqlı istehsal və təchizat zəncirlərinin formalaşmasıdır. Yerli istehsalın genişləndirilməsi həm daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, həm də Azərbaycan məhsullarının xarici bazarlara çıxışının artırılmasına imkan yaradır.

Təmiz ürək və niyyətlə, xainlik, mərdimazarlıq etmədən TikTok hesabıma dəstək olan, izləyən hər kəsə təşəkkür edirəm.
Platforma olaraq TikTok istifadə etdiyimiz ən son platforma olub. Yəni digər platformalarla müqayisə edəndə, TikTok-a gəlişim yeni olub. Amma qısa zamanda böyük izləyici rəğbəti, 2 milyondan artıq və 100, 200, 300 minlərlə gələn baxış sayları işimin yüksək keyfiyyətindən xəbər verir.
Xainlərin gözündən və murdar üzündən uzaq olsun.
İş birliyi və reklam işləri ödəniş əsasında edilir. İstənilən iş birliyi və reklamla bağlı buyurub müraciət edə bilərsiniz.
Reklam xarakterli paylaşımlar yüksək səviyyədə və bir neçə böyük platforma üzərində aparılır.
İstənilən sahədə reklamla bağlı buyurub müraciət edə bilərsiniz.
07/09/2026
Vladimir Putin İlham Əliyevə zəng edib
Sentyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə ediblər.
İkitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılıq əldə olunub.
01/09/2026
Prezident İlham Əliyevin “ŞƏT plyus” formatında iştirakı
https://president.az/az/articles/view/73406
01/09/2026
Ötən gecə Bakıya aylıq normadan çox yağıntı düşüb
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd edilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında 18-22 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 300-524 %-ni təşkil edib. Saat 20:35 və 21:50 radələrində şəhərətrafı ərazilərdə intensiv leysan yağışla bərabər xırda dənəli dolu müşahidə olunub.
01/09/2026
Hacı Zeynalabdin Tağıyevin anım günüdür
Milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin anım günüdür. Məşhur neft maqnatı Tağıyev həm də dəyirman, eləcə də ticarət və yük gəmilərinin sahibi olub. O, eyni zamanda xeyriyyəçi idi. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda 1901-ci il oktyabrın 7-də müsəlman şərqində mühüm hadisəyə çevrilən Qızlar Məktəbi açılıb. Azərbaycanlı gənclərin xaricdə təhsil almasına da xeyli pul ayırıb.
Hacı Zeynəlabdin Tağıyev Bakıda bir sıra binalar tikdirib. Bakıya şollar suyunun çəkilməsi də məhz onun adı ilə bağlıdır.
01/09/2026
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü keçirilib.
Category
Contact the business
Telephone
Website
Address
AZ1081
Alerts
Be the first to know and let us send you an email when Alat.Az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.