BakuPlus.Az

BakuPlus.Az

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BakuPlus.Az, News & Media Website, Baku.

04/10/2026

12 iyun görkəmli teatr və kino aktyoru, Xalq artisti Hacıbaba Bağırovun anım günüdür. O, 1932-ci ildə Bakı şəhərində anadan olub.

Hacıbaba Bağırovun atası Ağarza "Passaj" bazarının direktoru olub. Həmçinin uzun illər "Muskomediya"nın inzibatçısı işləyib. Anası Sona xanım isə Cəbrayılın Qumlaq kənindən olan Cəlal bəyin qızıdır.

Hacıbaba Bağırov yaradıcılığının Azərbaycan gülüş mədəniyyəti tarixində xüsusi yeri var.

Hacıbaba Bağırovun mədəniyyətimizin inkişafı naminə göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, müxtəlif fəxri ad və mükafatlara layiq görülüb, müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

Aktyorun həyatında daha bir maraqlı məqam onun Biləcəri deposunda maşinist köməkçisi işləməsidir. O, 1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib.
Digər maraqlı məqam ondan ibarətdir ki, sənətkar 5 dəfə rəsmi nikahda olub və bu nikahların üçündən övladı dünyaya gəlib.

Sənətkarın sonuncu evliliyi özündən 37 yaş kiçik olan Arzu xanımla baş tutub. Onun bu evlilikdən Şölə adlı qızı doğulub.

Hacıbaba Bağırov ömrünün dörd-beş ilini dəmir barmaqlıqlar arasında keçirib. Sovet dövründə hərbi xidmətdən qaçan Hacıbaba fərari kimi həbsə məhkum edilib.

Hacıbaba Bağırov uzun illər dostluq etdiyi Siyavuş Aslanla sonradan küsülü olublar. Onların mübahisəsi Musiqili Komediya teatrında direktorluq vəzifəsi üstündə yaranıb. Hacıbaba Bağırov direktor, Siyavuş Aslanın bədii rəhbər təyin olunması münasibətləri gərginləşdirib. Siyavuş Aslan küsərək Akademik Milli Dram Teatrına gedib. Nəsibə Zeynalovanın 75 illik yubileyində hər ikisi gəlib, "Hicran" tamaşasından qısa bir səhnəcik göstəriblər. Burada qismən də olsa barışıblar.

Görkəmli sənətkar 2006-cı il oktyabrın 4-də, 74 yaşında dünyasını dəyişib.

04/10/2026

126 il öncə çəkilmiş Bakı fotosunun hekayəsi

03/10/2026

Xanəndə Babək Niftəliyevin kiçik oğlu Ömərin dərs zamanı səsləndirdiyi “Bayatı-Şiraz” muğamı maraqla qarşılanıb.

Ömərin zil, təmiz və məlahətli səsi diqqət çəkib. Onun ifasının görüntüləri sosial mediada da maraqla qarşılanıb.

Atasının sənət yolunu davam etdirən Ömərlə yanaşı, onun iki qardaşının da gözəl səsə sahib olduğu bildirilir.

03/10/2026

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Photos from BakuPlus.Az's post 03/10/2026

Azərbaycanlı dizaynerlər Parisdə kolleksiyalarını təqdim ediblər

Azərbaycanlı dizaynerlər Fransanın paytaxtı Parisdə keçirilən “Fashion Culture Day in Paris” tədbirində iştirak ediblər.

Azərbaycanın Fransadakı səfirliyinin məlumatına görə, səfirliyin dəstəyi ilə keçirilən dəb nümayişində Sevda Qadaşova, Aysel Hüseynova, Şəms Əbilsoy, Gülər Qurbanova, Anara Zakirli və Natəvan Əliyevanın kolleksiyaları təqdim olunub.

“Yeni nəsil dizaynerlər “Fashion Culture Day in Paris”də Azərbaycanı ön plana çıxarıb”, – səfirliyin məlumatında bildirilib.

Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da iştirak edib.

03/10/2026

Bakıda keçirilən yoldaşlıq görüşü Türkiyə təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Turan Tovuz” – “Fənərbaxça” matçı İstanbul klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 60-cı dəqiqədə Nqolo Kante açıb. 74-cü dəqiqədə isə Çağrı Balta fərqi iki t**a çatdırıb.

Qarşılaşmanı azərbaycanlı baş hakim Rəvan Həmzəzadə idarə edib.
Oyundan əldə olunan gəlirin Qarabağ Dirçəliş Fonduna ianə ediləcəyi bildirilib.

03/10/2026

“Turan Tovuz” və “Fənərbaxça” arasında keçirilən yoldaşlıq oyununda maraqlı anlar yaşanıb.

Qarşılaşmanı izləməyə gələn tovuzlu azarkeşlərin tribunalarda açdığı pankart diqqət çəkib.

03/10/2026

Nəsimi rayonunun bir sıra küçə və prospektlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

“Azərişıq” ASC-nin məlumatına görə, oktyabrın 4-də 35/6 kV-luq 96 saylı yarımstansiyada təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 00:00-dan 02:00-dək Ceyhun Hacıbəyli, Hənifə Ələsgərov, İmran Qasımov, Qulu Quliyev, Mirəli Qaşqay, Mirəsədulla Mirqasımov, Nazim Hacıbəyov küçələri, həmçinin Azadlıq və Vaqif prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa olunacaq.

03/10/2026

Azərbaycanda bu ilin avqust ayında nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% artaraq 8 milyard 888 milyon manata çatıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ödənişlərin 7 milyard 682 milyon manatı elektron ticarətin payına düşüb. Daha 1 milyard 204 milyon manat POS-terminallar, 2 milyon manat isə özünəxidmət terminalları vasitəsilə həyata keçirilib.

Avqustun 1-nə ölkədə ödəniş kartlarının sayı 22 milyon 974 minə çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% çoxdur.

Son bir ildə debet kartlarının sayı 10,2% artaraq 20 milyon 952 minə yüksəlib, kredit kartlarının sayı isə 4,3% azalaraq 2 milyon 22 min təşkil edib.

Hesabat dövründə Azərbaycanda bankomatların sayı 3,8% artaraq 3 596-ya çatıb. POS-terminalların sayı isə 7% azalaraq 141 696 olub.

03/10/2026

Summativ qiymətləndirmənin nəticələri, eləcə də yarımillik və illik qiymətlərin hesablanması ilə razılaşmayan təhsilalanların və onların valideynlərinin şikayət etmək hüququ var.

Belə ki, summativ qiymətləndirmələrin nəticələri, yaxud yarımillik və illik qiymətlərin hesablanması ilə razılaşmayan təhsilalanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri qiymətin yazıldığı tarixdən 30 gün müddətində qiymətləndirmənin nəticələrinin araşdırılması üçün təhsil aldıqları ümumi təhsil müəssisəsinin rəhbərinə yazılı şəkildə şikayət edə bilərlər.

Şikayətdə göstərilən halların, o cümlədən sualın tərtibatında və ya balların hesablanmasında yol verilmiş səhvlərin öz təsdiqini tapdığı halda, ümumi təhsil müəssisəsinin rəhbəri tərəfindən iki qərardan biri qəbul edilir.

Bunlar:

- qiymətləndirmənin nəticələrinə təsir göstərmiş hallar nəzərə alınaraq yenidən hesablanmanın aparılması və nəticələrə dəyişiklik edilməsi;
- qiymətləndirmənin nəticələrinin ləğv edilməsi və təhsilalanın biliyinin yenidən qiymətləndirilməsinin təşkil edilməsi.

Təhsilalanın biliyinin yenidən qiymətləndirilməsi müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.

Əgər şikayətdə göstərilən hallar öz təsdiqini tapmazsa, təhsilalana, onun valideyninə və ya digər qanuni nümayəndəsinə bu barədə əsaslandırılmış cavab göndərilir.

Şikayətə baxılmasının nəticəsi ilə razılaşmayan təhsilalanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə isə ümumi təhsil müəssisəsinin tabeliyindən asılı olaraq yerli təhsili idarəetmə orqanları və ya Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən baxılır.

Bu mərhələdə də şikayətdə göstərilən hallar öz təsdiqini taparsa, ümumi təhsil müəssisəsinə qiymətləndirmə nəticələrinin yenidən hesablanması və dəyişdirilməsi və ya nəticələrin ləğv edilərək təhsilalanın biliyinin yenidən qiymətləndirilməsinin təşkili barədə tapşırıq verilir.

Şikayətdə göstərilən hallar öz təsdiqini tapmadıqda isə təhsilalana, onun valideyninə və ya digər qanuni nümayəndəsinə bu barədə əsaslandırılmış cavab göndərilir.

Mənbə: azedu

Address


Baku

Alerts

Be the first to know and let us send you an email when BakuPlus.Az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Baku.