EDA Terapiya
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EDA Terapiya, Psychotherapist, Caspian Business Center, Cəfər Cabbarlı 40, Baku.
16/08/2025
Əziz dostlar, 🌿
Sevinc hissi ilə bildirmək istəyirik ki, mərkəzimizin təsisçisi Uzman Psixoloq Cəmilə Rəhimli, Academy of Cognitive and Behavioural Therapies (A-CBT) tərəfindən akkreditə olunan ilk azərbaycanlı psixoterapevt olaraq, ölkəmiz adına beynəlxalq miqyasda böyük bir uğura imza atıb. 🎉
Nəzərinizə çatdırırıq ki, A-CBT, Koqnitiv Davranış Terapiyası sahəsində fəaliyyət göstərən beynəlxalq nüfuzlu akademiya olmaqla yanaşı, Beck Institute tərəfindən rəsmi olaraq CBT tətbiqinə akkreditasiya verən yeganə təşkilat kimi tanınır və bu sahədə dünyada ən yüksək nüfuza sahib qurumdur.
Bu xəbəri daha əvvəl almışdıq, lakin həmin vaxt ACBT-in rəsmi veb saytında Azərbaycanın adı yer almırdı. Ölkəmizin adının əlavə olunması gözlənilən bir yenilik idi və artıq Cəmilə xanımın uğuru sayəsində Azərbaycan da bu siyahıya daxil edilib. Bu, təkcə bir fərdin və mərkəzimizin nailiyyəti deyil, həm də ölkəmizdə elmi əsaslı psixoterapiya sahəsinin beynəlxalq arenada tanınması istiqamətində atılmış mühüm addımdır. 🌍
Uzun illər davam edən təlim və superviziya proseslərinin, beynəlxalq qiymətləndirmə və dinləmələrin nəticəsi olaraq əldə edilən bu akkreditasiya, ölkəmizdə psixoterapiyanın inkişafı üçün əhəmiyyətli bir mərhələdir.
EDA Terapiya olaraq məqsədimiz, gələcəkdə bu siyahıda yer alan azərbaycanlı psixoterapevtlərin sayını artırmaqdır. ✨
04/10/2024
EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqları Cəmilə Rəhimli və Aysel Fərəcova, Ankarada təşkil olunan 4-cü Beynəlxalq Koqnitiv Davranış Terapiyaları Konqresində iştirak edirlər. Bu konqres, terapevtlər üçün biliklərini genişləndirmək və elmi nailiyyətlər haqqında müzakirələr aparmaq üçün mühüm bir platforma təmin edir.
06/01/2024
EDA Terapiya olaraq, şəxsiyyət pozuntusu olmasına ehtimal verdiyimiz şəxsləri dəqiq diaqnoz üçün MMPI Testinə yönəldilirik.
Daha dəqiq anlaşılması üçün mərkəzimizin MMPI tətbiq edicisi, uzman psixoloq Ləman Əlizadə MMPI-ı geniş izah edən yazı hazırlayıb.
MMPI Nədir? Minnesota Çoxyönlü Şəxsiyyət Testi Nədir? | EDA Terapiya MMPI, mental sağlamlıq problemlərinin diaqnostikası üçün, mental sağlamlıq mütəxəssisləri tərəfindən klinik qiymətləndirmə vasitəsidi.
27/12/2023
Koqnitiv Davranış Terapiyası (CBT) Nədir?
Koqnitiv Davranış Terapiyası (CBT) Nədir? | EDA Terapiya Koqnitiv Davranış Terapiyası (CBT) digər terapiya üsulları ilə müqayisədə problemə daha çox diqqət yetirən bir yanaşmadır.
20/12/2023
Narkotik Asılılığı Nədir? Narkotik Asılılığından Qurtulmağın Yolları
Narkotik Asılılığı Nədir? Narkotik Asılılığından Qurtulmağın Yolları | EDA Terapiya Narkotik Asılılığı fiziki və psixoloji asılılıq yaradan, fərdin, şəxsi, sosial və peşə həyatına mənfi təsir göstərən bir xəstəlikdir.
Category
Contact the practice
Telephone
Website
Address
Caspian Business Center, Cəfər Cabbarlı 40
Baku
Opening Hours
| 10:00 - 17:00 |
Alerts
Be the first to know and let us send you an email when EDA Terapiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.