Meta4Fashion

Meta4Fashion

Share

DƏB GƏTİRİRİK!

27/09/2026
26/09/2026

🌸 “Cənnət Yuxusu” | Zərif çəhrayı

Lətif Kərimovun araşdırmaları əsasında formalaşan Bakı xalçasının motivləri milli modernizm yanaşması ilə yenidən şərh edilərək Avropa estetikası və müasir couture konstruksiyası ilə bir araya gətirilib.

Çətin biçim və konstruksiya həlləri, dəqiq siluet və milli ornamentin müasir interpretasiyası — Meta4Fashion estetikasında.

Keçmişdən gələn ornament, müasir formanın içində yeni bir dil qazanır.

Couture

Photos from Meta4Fashion's post 21/09/2026

ŞİRVAN–SALYAN XALÇA MƏKTƏBİ: MİLLİ MODERNİZMİN TƏCƏSSÜMÜ✨

Şirvan–Salyan xalça məktəbinin zəngin irsindən ilhamlanan bu geyimlər Lətif Kərimovun elmi araşdırmaları əsasında seçilmiş xalça motivlərinin müasir moda dilində interpretasiyasıdır.

META4FASHION Azərbaycan dəb sənayesində Milli Modernizm yanaşması ilə milli irsi müasir Haute Couture estetikası ilə bir araya gətirir. Kolleksiyada Azərbaycan milli kimliyi ilə Avropa estetikası harmonik şəkildə sintez olunur.

Hər bir motiv əsrlərin yaddaşını daşıyan mədəni irsin müasir ifadəsidir. Ənənə yaşadıqca, moda da öz kökləri ilə güclənir.

HauteCouture AzerbaijanFashion

02/09/2026

✨ MODERNİZMİN ZƏRİF TOXUNUŞU ✨
Köklerimizin müasir dəblə qovuşması: kokteyl tərzində hazırladığımız modernizm üslubundakı look.
Quba xalça məktəbinin motivləri əsasında hazırlanan eksklüziv parça dizaynı yalnız Meta4Fashion brendinə məxsusdur. Asimmetrik kəsimli bu libas üzərindəki əl işi muncuq naxışlarla tamamlanır.
Obrazı tamamlayan xüsusi əl işi çanta MFBstyle imzasını daşıyır. MFB style (brand)
AzerbaijanFashion Handmade ModernTradition

Photos from Meta4Fashion's post 14/08/2026

✨ QARABAĞ QRUPUNUN “DOLÇA KOMPOZİSİYASI” XALÇASINDAN YÜKSƏK MODAYA ✨

Qarabağ xalçaçılıq məktəbinə aid “Dolça kompozisiyası” xalçasının motivlərindən ilham alan bu yüksək moda ziyafət libası, Lətif Kərimovun elmi araşdırmaları nəticəsində sənədləşdirilmiş ornamentlər əsasında xüsusi olaraq parça üzərində hazırlanmışdır.

Bu geyimdə əsas məqsəd zərif silueti vurğulamaqla yanaşı, klassik ziyafət obrazını milli koloritə çevirməkdir. Libasın silueti və forması üzərindəki Qarabağ xalça ornamentlərinin əsas element kimi ön plana çıxarılması üçün xüsusi olaraq seçilmişdir. Beləliklə, ziyafət estetikası milli ornamentlərin gücü ilə yeni və müasir ifadə qazanır.

Geyimin üzərində Qarabağ xalçalarının əsas naxış elementləri muncuq və digər əl işi dekorativ işləmələrlə işlənərək xüsusi zənginlik yaradılmışdır.

Look-u tamamlayan MFB Style MFB style (brand) brendinə məxsus eksklüziv saç çənbəri (abadoq) isə milli ornament və əl işi üslubunda hazırlanaraq obrazın ümumi estetikasını tamamlayır.

Tamamilə əl işi ilə işlənmiş bu libas və xüsusi hazırlanmış saç aksesuarı Azərbaycan milli irsini müasir Avropa estetikası və yüksək moda dili ilə yenidən təqdim edir.

META4FASHION yaradıcılığında ənənə və innovasiya vəhdət təşkil edir — milli dəyərlər yüksək moda dili vasitəsilə yeni ifadə forması qazanır.

NationalModernism AzərbaycanModa MFBStyle

Photos from Meta4Fashion's post 23/06/2026

✨ ŞƏRQ ESTETİKASI VƏ MÜASİR DƏBİN HARMONİYASI ✨

Bu obrazda milli irsimizin dəyərli elementləri müasir üslubla bir araya gətirilib. Xüsusi dizayn edilmiş cins şalvar üzərində Azərbaycanın xalça sənətindən ilhamlanan əl işi naxışlar yer alır.

Klassik casual üslubda hazırlanmış pencək isə kəlağayı motivləri və qırmızının zərif çalarları ilə tamamlanıb. Obrazın ayrılmaz hissəsi olan əl işi çanta da milli koloritimizi özündə əks etdirərək bütöv bir hekayə yaradır.

✨ META4FASHION — ƏNƏNƏDƏN GƏLƏCƏYƏ UZANAN DİZAYN DİLİ. ✨

Handmade ModernEthnic AzerbaijanCulture FashionArt

21/06/2026

Tezliklə təqdim edəcəyimiz “CƏNNƏT YUXUSU” kolleksiyasının əsas ilham mənbəyi, rəssam Mirzə Qədim İrəvaninin “Cənnət Yuxusu” əsəri olmuşdur. Kolleksiyanı daha dərindən hiss etmək, onun ruhunu və estetik dünyasını dizaynlara daşımaq üçün əsəri canlı şəkildə ziyarət edərək hər detalından ilham alırıq.

Hazırlıq prosesində yaratdığımız hər obrazda sənətin incəliyi, duyğuların ahəngi və xəyal dünyasının izləri yaşayır. “Cənnət Yuxusu” sadəcə bir kolleksiya deyil, hiss olunan və yaşanan bir hekayəyə çevriləcək.✨

Photos from Meta4Fashion's post 16/06/2026

✨SƏHNƏ OBRAZINDA MİLLİ İRSİN HARMONİYASI ✨

Saz ifaçımız Xatirə xanıma özəl olaraq hazırladığımız bu səhnə geyimi, Mətanət Bayramova tərəfindən hazırlanmış eskiz əsasında ərsəyə gəlib.

Geyimin üzərində istifadə olunan xalça motivləri Azərbaycanın zəngin irsindən ilhamlanaraq, Quba bölgəsinin xalça məktəbinin naxışları əsasında işlənilib. Hər detal milli ruhumuzu, incə sənətimizi və estetik baxışımızı özündə daşıyır.

Xatirə xanımın bu xüsusi obrazı səhnədə daşıması bizim üçün böyük qürur və xüsusi dəyərdir. Çünki səhnə geyimi mədəniyyətin, sənətin və kimliyin ifadəsidir. ✨

🇦🇿

10/06/2026

✨ Azərbaycan xalça sənətindən ilhamlanan özəl dizaynlar ✨

Bu geyimlərdə xalqımızın zəngin mədəni irsini yaşadan Qazax və Quba xalça məktəblərinə məxsus naxışlar müasir moda dili ilə təqdim olunub. Hər bir ornament özündə tariximizi, mədəniyyətimizi və milli kimliyimizi daşıyır.

Milli irsimizin təbliğinə verdiyi dəstəyə və bu obrazları böyük zövqlə təqdim etdiyinə görə xüsusi təşəkkürümüzü bildiririk. ❤️


✨ Keçmişdən gələn sənət, bu günün dəbində yaşayır.

Milliİrs MilliDəyərlər AzərbaycanMədəniyyəti FashionDesign MadeInAzerbaijan FashionArt CulturalHeritage HauteCouture

Photos from Meta4Fashion's post 08/06/2026

Milli Brendlərin Pərakəndə Zirvəsi 2026” möhtəşəm tədbirində Milli Musiqi Kolleksiyamızın təqdimatını yenidən həyata keçirdik.

Bu kolleksiya Azərbaycanın musiqi irsindən, xüsusilə Üzeyir Hacıbəylinin zəngin yaradıcılığından və xalqımızın ən böyük mənəvi sərvətlərindən biri olan muğam sənətindən ilhamlanaraq hazırlanıb. Geyimlərin hər birində muğamın dərinliyi, emosional axını və Üzeyir bəyin musiqi fəlsəfəsinin incə izləri əks olunur.

Kolleksiya yalnız bir moda təqdimatı deyil, həm də milli musiqimizin vizual sənət dilində yenidən ifadəsidir — keçmişlə bu gün arasında körpü yaradan estetik bir anlatım.

✨ Milli Musiqi Kolleksiyası — muğamın səsi, geyimin dili ilə səhnədə yaşayır.

Address


Baku
1134