Azxeber.com
Azərbaycan və dünya gündəmindən ən son xəbərlər
Portalda müxtəlif sahələrə aid yazılar yayımlanır... Doğru xəbərin ünvanı
Xalq Artisti Emin Ağalarov şəxsi instaqram hesabında uşaqlıq illərində vicdan əzabı çəkdiyi bir hadisəni etiraf edib.
“Bax beləcə xırda bir oğruya çevrildim... Hər zaman utanc hissi ilə xatırladığım bir hərəkətdir. Amma bir epizod var idi, bu yaxınlarda atama da bu haqda danışdım. O, həmişə işdən gələndə pulqabını girişdəki servantın üzərinə qoyardı. Həmin vaxt təxminən 15 yaşım olardı, uşaqlarla haradasa oturub vaxt keçirmək istəyirdik. Dostum mənə dedi ki, “ağlın olsun, orda pul çoxdur, hiss etməyəcək”. Biz də oradan 100 dollarlıq əsginası götürdük...
Amma bu əməl məni rahat buraxmırdı, içimi yeyirdi. Doğrudur, heç nə hiss etmədi, məbləğ də böyük deyildi, amma çox utanırdım. Sonra atamın yanına gəlib dedim: “Ata, sənlə danışmaq istəyirəm”. Soruşdu ki, nə etmisən? Dedim ki, pulqabından 100 dollar götürmüşəm, sənə deməmişəm, faktiki olaraq oğurluq eləmişəm. Atam gülüb dedi: “Niyə belə az götürdün? 100 dollar çatdı sizə? Nəyə xərclədiniz?” Dedim ki, uşaqlarla oturub yeyib-içmək istəyirdik. “Yaxşı eləmisiniz” dedi. Soruşdum ki, məndən incimədin? Dedi “yox”.
Bu, həyatımda ilk və sonuncu belə epizod oldu. Amma bu hadisə məni düşünməyə sövq etdi. İndi uşaqlarımla bu mövzuda danışanda başa salıram ki, nə lazımdırsa, həmişə verəcəyəm. Amma mənim arxamca, gizlin iş görülməsin. O vaxt isə mənə bunu heç kim izah etməmişdi, başa salan yox idi”.
03/09/2026
Ölkəyə gətirilən mallarla bağlı YENİLİK.
Ətraflı şərhdə
03/09/2026
Yemək saatlarını dəyişmək ürəyə təsir edə bilər – ARAŞDIRMA.
Ətraflı şərhdə
Ailədə yaranan münaqişələr, tərəflər arasında anlaşılmazlıqlar və münasibətlərdə gərginlik son illər cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdəndir.
AZXEBER.COM mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.
Sorğu zamanı vətəndaşların ailədaxili münaqişələrin əsas səbəbləri ilə bağlı fikirləri öyrənilib.
Həmin sorğunu təqdim edirik:
03/09/2026
Ramiz Mehdiyevin kürəkəni ilə bağlı qərar verildi.
Ətraflı şərhdə
Bu gün mərhum Xalq artisti Yaşar Nurinin ad günüdür.
Xalq artisti Firəngiz Mütəllimova sosial media hesabında bununla bağlı paylaşım edib.
Aktrisa mərhurm həmkarı ilə olan fotolarına bunları yazıb:
"Yaşar Nuri. 75 yaş. Allah sənə rəhmət eləsin. Məkanın cənnət olsun, Yaşar. Allah əzizlərini qorusun. Nə gözəl deyirdin həmişə: "Həyat bir kinodur, ən maraqlı yerində bitir".
Qeyd edək ki, Yaşar Nuri uzun sürən ağır xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də, 61 yaşında Bakıda dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn edilib.
03/09/2026
Ailədaxili münaqişələrin artmasının səbəbi nədir? – VİDEOSORĞU.
Ətraflı şərhdə
03/09/2026
Piylənmənin müalicəsində yeni dövr: Arıqlama həbi satışa çıxarıldı.
Ətraflı şərhdə
03/09/2026
Salman Hümbətova vəzifə verildi.
Ətraflı şərhdə
Milli-mədəni dəyərlərimizi qoruyaq, yaşadaq və gələcək nəsillərə olduğu kimi ötürək.
Category
Contact the business
Telephone
Website
Address
Lermantov 121
Baku
1001