Septem Tech

Septem Tech

Share

Peşəkar, etibarlı və qabaqcıl Proqram Təminatı Laboratoriyası! 💡

VVeb, mobil, masaüstü tətbiqlər | Inteqrasiyalar | 24/7 texniki dəstək | UX/UI dizaynlar 💻🛡️

Azərbaycan Proqram təminatı bazarında ilk və yeganə Qabaqcıl Proqram təminatı laboratoriyası olaraq Septem peşəkar komanda, zəngin sahəvi təcrübə, geniş xidmətlər çeşidi, multi funksional məhsullar portfoliosu, xüsusi yanaşma və prinsiplərimiz ilə axtardığınız ən doğru ünvandır. Septem - as the first and only Advanced Software laboratory in the Azerbaijan Software market is the right address you are looking for with our professional team, rich field experience, wide range of services, multi-functional product portfolio, special approach and principles.

Photos from Septem Tech's post 06/10/2026

💡 SEPTEM Executive Insights seriyasını davam etdiririk — real rəqəmsal transformasiya layihələrindən formalaşan təcrübəni, baxışları və nəticələri paylaşırıq.

👤 Baş icraçı direktorumuz Eldar Babaliyev son məqaləsində bu gün bir çox təşkilatın qarşılaşdığı mühüm sualı araşdırır: Niyə bəzi təşkilatlar rəqəmsal transformasiyada hələ də geri qalır?

🔍 Bu çağırış çox zaman texnologiyadan daha geniş məsələləri əhatə edir. Rəhbərliyin yanaşması, təşkilati düşüncə tərzi, dəyişməyə hazırlıq, rəqəmsal ekosistemə inteqrasiya və dəyişən istifadəçi gözləntiləri transformasiya prosesinin nə dərəcədə uğurlu olmasında mühüm rol oynayır.

🚀 Texnologiyalar və gözləntilər dəyişməyə davam etdikcə, adaptasiya bacarığı rəqabət qabiliyyətini qorumaq və gələcəyə hazır olmaq istəyən təşkilatlar üçün getdikcə daha böyük əhəmiyyət daşıyır.

📖 SEPTEM Executive Insights seriyasının yeni məqaləsini oxuyun və müzakirəyə qoşulun.

Məqalə - https://lnkd.in/p/dZ9HGXqf

💬 Təcrübəni paylaşırıq. Yeni baxışlar formalaşdırırıq. İrəliyə doğru hərəkət edirik.

03/10/2026

🦸‍♂️Bəzən səhnənin arxasında qalan, amma hər şeyin işləməsini təmin edən gözə görünməyən qəhrəmanlarımız var. 😎

SEPTEM Tech-də işimiz təkcə layihələr yox həmçinin birlikdə yaratdığımız hekayələrdir. 🚀

02/10/2026

SEPTEM-in yeni rəqəmsal məkanına xoş gəldiniz!

🚀 Böyük məmnuniyyətlə sizi tam yenilənmiş rəqəmsal simamızla tanış olmağa dəvət edirik.
Daha müasir, daha çevik və imkanlarımızı daha aydın əks etdirən yeni korporativ veb saytımız artıq istifadədədir. Daha aydın struktur. Daha rahat istifadəçi təcrübəsi. Yeni görünüş. Daha böyük imkanlar.

📌Son illərdə komandamız, texnoloji imkanlarımız, məhsullarımız və həyata keçirdiyimiz layihələrin miqyası əhəmiyyətli dərəcədə böyüyüb. İndi bütün bu təcrübəni vahid rəqəmsal platformada bir araya gətirdik.

🌐 Yeni saytımızda xidmətlərimiz və rəqəmsal həllərimiz, korporativ idarəetmə sistemləri, 7HRM və 7DOC kimi məhsullarımız, süni intellekt həlləri, mobil və veb platformalar, eləcə də müxtəlif sahələrdə həyata keçirdiyimiz layihələrlə yaxından tanış ola bilərsiniz.

⚡İdeyadan həllə. Təcrübədən nəticəyə.

📌Komandamız dövlət və özəl sektor üçün irimiqyaslı rəqəmsal layihələr həyata keçirməyə, yeni texnologiyaları real biznes ehtiyaclarına çevirməyə və tərəfdaşlarımızla birlikdə uzunmüddətli dəyər yaratmağa davam edir.

📌Yeni platforma. Yeni təcrübə. Eyni SEPTEM yanaşması.

SEPTEM-i yenidən kəşf edin.

🌐 septem.tech

🚀

24/09/2026

🎉 Komandamızın enerjisi, motivasiyası və birliyi uğurun əsas hissəsidir.

Bu dəfə "kreslo" challenge-ında Mobil komandası keçdi. 😄

Septem-də güclü məhsullar təkcə kodla deyil, həm də güclü komanda ruhu, əməkdaşlıq və pozitiv iş mühiti ilə yaranır.💙

Photos from Septem Tech's post 23/09/2026

🎨 Qrafik dizaynerimiz Arzu Hüseynovanın “İstifadəçi səhv etmir, dizayn səhv edir” adlı məqaləsini sizinlə bölüşməkdən məmnunuq.

💡 Arzu Hüseynova məqaləsində düşünülmüş dizaynın istifadəçi davranışına necə təsir göstərə biləcəyini, istifadəçi təcrübəsini necə sadələşdirdiyini və mümkün anlaşılmazlıqların qarşısının necə alına biləcəyini araşdırır.

📖 Arzunun baxış prizması ilə tanış ola və bəzən problemin istifadəçidə deyil, dizaynın özündə olduğunu kəşf edə bilərsiniz

Məqalə - https://lnkd.in/p/dEzjrvhH

DesignThinking DigitalExperience CreativeDesign ArzuHuseynova DesignMatters GoodDesign Innovation TechCommunity

14/09/2026
13/09/2026

Dünya Proqramçılar Gününüz mübarək! 👩‍💻👨‍💻
Texnologiyanın ürəyi kod sətirlərində döyünür. Həyatımızı asanlaşdıran tətbiqlərdən tutmuş, gələcəyimizi formalaşdıran süni intellektə qədər – bütün bunlar proqramçıların və kod sehrbazlarının əməyinin nəticəsidir. 🌍✨

Bu gün hər bir rəqəmsal həllin arxasında dayanan görünməz qəhrəmanları təbrik edir, dünyanı bir kod sətri ilə dəyişdirən proqramçıların yaradıcılığını, səbrini və problem həll etmə bacarıqlarını qürurla alqışlayırıq. 💡🚀

🔹 Əgər proqramçı dostunuz varsa – ona təşəkkür etməyi unutmayın!
🔹 Əgər özünüz proqramçısınızsa – Siz bu rəqəmsal dövrün gizli qəhrəmanısınız! 🦸‍♂🦸‍♀

Rəqəmsal gələcəyi formalaşdıran hər kəsə təmiz kod, parlaq ideyalar və stresssiz “debug” prosesi arzulayırıq.

Dünya Proqramçılar Gününüz mübarək! 💻❤


WorldProgrammersDay ProgrammersDay CodeIsLife Coding ProgrammerLife Developers Technology

Photos from Septem Tech's post 11/09/2026

1 KOMANDA. 1 MƏQSƏD. 1 MİLYON İSTİFADƏÇİ. 🚀
İlk gündən etibarən böyük bir komanda kimi vahid məqsəd üçün durmadan çalışdıq:
Texnologiya vasitəsilə insanların həyatını və işini daha sadə, sürətli və rahat etmək.
Bu gün qürür hissi ilə deyə bilərik ki, 100dən çox müştəri üçün hazırladığımız rəqəmsal həllərlə mühüm bir mərhələyə çatmışıq:
1 000 000 istifadəçi
Yaratdığımız 100-dən çox rəqəmsal həllərimiz artıq bir milyon insanın gündəlik iş proseslərini və həyatını daha asan, çevik və faydalı etməyə xidmət edir.
Bizim üçün bu rəqəm sadəcə əhatə dairəsi deyil. Bu, yaratdığımız təsirin göstəricisidir.
Bu nəticənin arxasında illər boyu dəyişməyən korporativ mədəniyyətimiz dayanır.
İnsanları düşünərək, hər zaman onların real ehtiyaclarını anlamağa, mürəkkəbliyi sadələşdirməyə, faydalı həllər yaratmağa və daim onların yanında olmağa çalışmışıq.
Bizi seçən və bizə güvənən bütün müştəri və tərəfdaşlarımıza təşəkkür edirik.
Məqsədimizi 1 milyon insan üçün real təsirə çevirən komandamıza isə ayrıca təşəkkür edirik.
Rəqəmsal Gələcəyə Doğru. Birlikdə. 🚀

04/09/2026

tərəfindən 7DOC – Rəqəmsal Sənəd Dövriyyəsi Sisteminin tətbiqi və gündəlik iş proseslərində aktiv şəkildə istifadə olunması bizi çox sevindirir. 🚀

Septem tərəfindən hazırlanan 7DOC Sistemi ilə sənədlərin qeydiyyatı, razılaşdırılması, icrası və arxivləşdirilməsi vahid rəqəmsal mühitdə idarə olunur, proseslər daha şəffaf və operativ şəkildə həyata keçirilir. ⚡

7DOC Sisteminin sənəd dövriyyəsi proseslərinin rəqəmsallaşdırılması, əməliyyatların daha səmərəli idarə olunması və daxili nəzarətin gücləndirilməsinə verdiyi töhfəni Bank tərəfindən yüksək qiymətləndirilməsi bizim üçün çox böyük əhəmiyyət kəsb edir.

Rəqəmsal sənəd dövriyyəsində etibarlı həll kimi 7DOC özünü bir daha sübüt etdi.

💙 Yüksək etimada və uzunmüddətli əməkdaşlığımıza dəyər verdiyi üçün Bank Avrasiya komandasına təşəkkür edirik.

💻 Bizim həllərimizlə tanış olmaq üçün: www.septem.tech

01/09/2026

🚀 omid artıq 7HRM ilə rəqəmsal HR idarəetməsinə keçdi!

Müştərimiz omid 7HRM – İnsan Resurslarının İdarə Edilməsi Sistemi uğurla təhvil verildi. ✅

Bu layihə ilə omid HR proseslərini vahid platformada idarə edəcək:

✓ Kadr inzibatçılığı və elektron sənəd dövriyyəsi
✓ Əməkhaqqının avtomatik hesablanması
✓ Davamiyyət və iş qrafiklərinin idarə olunması
✓ Əməkdaşın şəxsi kabineti və mobil tətbiq
✓ HR hesabatları və analitikası

Bizə göstərdikləri etimada görə omid komandasına təşəkkür edir, sistemdən maksimum fayda əldə etmələrini arzulayırıq.

Rəqəmsal transformasiya yolunda birlikdə daha böyük uğurlara! 🚀

Telephone

Address


Haji Murad Str. 1/1
Baku
AZ1075

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Septem Tech posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Baku.