Azercosmos
Welcome to the official Facebook account of the Space Agency of the Republic of Azerbaijan
Founded in 2010 as the first and only satellite operator in the region, Azercosmos currently operates two telecommunication (Azerspace-1 and Azerspace-2) and one Earth Observation (Azersky) satellites, successfully providing high quality and reliable services to partners across the globe. Being committed to creating a better connected, developed and secure world for future generations, we aim to emerge as one of the driving forces in the global space industry.
08/10/2026
🇦🇿
Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının (ITSO) 2026–2028-ci illər üzrə Məşvərət Komitəsinə yenidən seçilib. Qərar ABŞ-nin Vaşinqton şəhərində keçirilən ITSO-nun Tərəflər Assambleyasının 42-ci iclası çərçivəsində qəbul olunub. 🌍
Tədbir öncəsi təşkil olunan beynəlxalq simpoziumda Azərkosmos nümayəndəsi “Voices from the Regions: National Perspectives” panelində Region C adından çıxış edib.
🛰️ Panel zamanı peyk rabitəsinin inkişafı, rabitə xidmətlərinin əlçatanlığı, radiotezlik spektrinin idarə olunması, tənzimləyici çağırışlar və beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilib.
Azərbaycanın Məşvərət Komitəsinə yenidən seçilməsi ölkəmizin beynəlxalq peyk rabitəsi sahəsində əməkdaşlığının gücləndirilməsi və qlobal qərarvermə proseslərində iştirakının davam etdirilməsi baxımından mühüm addımdır.
***
🇬🇧
SPACE Academy Honored with the International “3G+” Diversity Award 🚀
During the International Astronautical Congress (IAC 2026), SPACE Academy was presented with the prestigious IAF Excellence in “3G+” Diversity Award by the International Astronautical Federation (IAF).
🌏 This award recognizes outstanding and sustained contributions to promoting diversity in the space industry across three key dimensions: Geography, Generation, and Gender. It is presented exclusively to initiatives with a significant international impact.
Receiving this prestigious award marks an important recognition of SPACE Academy’s efforts to promote inclusivity, diversity, and international cooperation in space education.
08/10/2026
🇦🇿
77-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Azərkosmos ilə Beynəlxalq Kosmik Hüquq İnstitutu arasında kosmik hüquq sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. ✍️
Memorandum çərçivəsində tərəflər kosmik hüquq üzrə tədbirlərin birgə təşkili, kosmik hüququn universitetlərin akademik proqramlarına inteqrasiyası, eləcə də kosmik hüququn aktual məsələləri və inkişaf istiqamətləri üzrə məlumat və təcrübə mübadiləsi sahələrində əməkdaşlıq etməyi nəzərdə tuturlar.
🌍 Əməkdaşlığın mühüm istiqamətlərindən biri Azərbaycan Respublikasında kosmik qanunvericiliyin və tənzimləyici çərçivənin inkişaf etdirilməsi ilə bağlı ekspert məsləhətlərinin və tövsiyələrinin verilməsi olacaq.
***
🇬🇧
As part of the 77th International Astronautical Congress (IAC 2026), Azercosmos and the International Institute of Space Law signed a Memorandum of Understanding (MoU) aimed at strengthening international cooperation in the field of space law. ✍️
Under the Memorandum, the parties plan to collaborate on jointly organizing space law events, integrating space law into university academic curricula, and exchanging knowledge and expertise on current issues and emerging developments in space law.
🌍 One of the key areas of cooperation will be the provision of expert advice and recommendations to support the development of space legislation and the regulatory framework in the Republic of Azerbaijan.
07/10/2026
🇦🇿
Azərkosmos Türkiyənin Antalya şəhərində keçirilən "IAC 2026" çərçivəsində ilk dəfə təşkil olunan "IAF Startups Competition" müsabiqəsinə dəstək göstərib. 🚀🌍
🛰️ Müsabiqə 9 seçilmiş startapı bir araya gətirərək onlara innovativ həllərini kosmik sahənin aparıcı ekspertləri, investorları və sənaye nümayəndələrindən ibarət münsiflər heyətinə təqdim etmək imkanı yaradıb. Azərkosmosun nümayəndəsi də müsabiqənin münsiflər heyətində yer alaraq iştirakçı startapların və onların təqdim etdiyi innovativ həllərin qiymətləndirilməsində iştirak edib.
Müsabiqə kosmik startapların ideya və texnologiyalarını beynəlxalq auditoriyaya təqdim etməsi, təcrübə mübadiləsi aparması və qlobal kosmik ekosistemdə yeni əlaqələr qurması üçün mühüm platformadır. 🛰️🌍
***
🇬🇧
Azercosmos supported the inaugural IAF Startups Competition, held within the framework of IAC 2026 in Antalya, Türkiye. 🚀🌍
🛰️ The competition brought together 9 selected startups to pitch their innovative solutions to a panel of leading space experts, investors, and industry professionals. Azercosmos took part in the competition’s jury panel, contributing to the evaluation of the participating startups and their innovative solutions.
The competition serves as an important platform for space startups to showcase their ideas and technologies to an international audience, exchange expertise, and build new connections within the global space ecosystem. 🛰️🌍
06/10/2026
🇦🇿
Türk Dövlətləri Təşkilatı üçün kosmik əməkdaşlıqda yeni mərhələ! 🚀
Beynəlxalq Astronavtika Konqresi çərçivəsində TDT-na üzv ölkələrin kosmik agentliklərinin rəhbərləri arasında “Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi” imzalanıb.
Saziş Türk dövlətlərinin kosmik sahədə imkan və təcrübələrini bir araya gətirməklə birgə layihələrin həyata keçirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin inkişafı üçün vahid çərçivə formalaşdırır.
🌍 Əməkdaşlığın əsas istiqamətlərindən biri TDT ölkələrinin iştirakı ilə birgə “CubeSat” layihəsinin həyata keçirilməsidir.
Bu addım peyklərin hazırlanması, Yerin məsafədən müşahidəsi, kosmik elm, tədqiqat və inkişaf, eləcə də insan kapitalının inkişafı kimi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi və regional kosmik ekosistemin gücləndirilməsi yolunda mühüm mərhələdir.
***
🇬🇧
A new chapter in space cooperation for the Organization of Turkic States! 🚀
As part of the International Astronautical Congress, the heads of space agencies of the OTS member states signed a “Space Industry Cooperation Agreement.”
By bringing together the capabilities and expertise of the Turkic states in the space sector, the agreement establishes a common framework for implementing joint projects and developing new areas of cooperation.
🌍 One of the key areas of cooperation is the implementation of a joint CubeSat project involving OTS member states.
This marks an important milestone in expanding cooperation in satellite development, Earth observation, space science, research and development, and human capital development, while strengthening the regional space ecosystem.
06/10/2026
🇦🇿
Azərkosmos Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Qlobal Kosmik Liderlər Sammitində iştirak edib. 🛰️🌍
Peyk məlumatlarının qabaqcıl analitika və süni intellektlə inteqrasiyasının kənd təsərrüfatı, ətraf mühitin monitorinqi, infrastrukturun planlaşdırılması, fəlakət risklərinin idarə olunması və iqlim dayanıqlığı sahələrində daha sürətli və əsaslandırılmış qərarların qəbuluna necə töhfə verdiyi vurğulanıb.
📌 Sammit çərçivəsində Azərkosmosun “FarmerApp”, “Platerra” və “WebGIS” kimi rəqəmsal həlləri də təqdim olunub. Qeyd edək ki, Qlobal Kosmik Liderlər Sammiti dünyanın 50-yə yaxın ölkəsinin kosmik agentliklərinin liderlərini bir araya gətirərək təcrübə mübadiləsinə, innovativ layihələrin təqdimatına və gələcək əməkdaşlıq imkanlarının müzakirəsinə şərait yaradıb.
***
🇬🇧
Azercosmos participated in the Global Space Leaders Summit held as part of the International Astronautical Congress. 🛰️🌍
The discussions highlighted how integrating satellite data with advanced analytics and artificial intelligence can enable faster, more informed decision-making across agriculture, environmental monitoring, infrastructure planning, disaster risk management, and climate resilience.
📌 During the Summit, Azercosmos also presented its digital solutions, including FarmerApp, Platerra, and WebGIS. Bringing together space agency leaders from nearly 50 countries, the Global Space Leaders Summit provided a platform for exchanging expertise, showcasing innovative projects, and exploring opportunities for future collaboration.
05/10/2026
🇦🇿
Bu gün Beynəlxalq Astronavtika Konqressinin “IAC 2026”-nın rəsmi açılışı maraqlı və dinamik anlarla yadda qalıb! 🚀🇦🇿
“IAC 2026” Azərkosmos üçün beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və Azərbaycanın qlobal kosmik ekosistemdə mövqeyinin daha da gücləndirilməsi baxımından mühüm platformadır. 🛰️
***
🇬🇧
Today, the official opening of the International Astronautical Congress, IAC 2026 was marked by exciting and dynamic moments! 🚀🇦🇿
IAC 2026 is an important platform for Azercosmos to expand international partnerships, explore new cooperation opportunities, and further strengthen Azerbaijan’s position in the global space ecosystem. 🛰️
05/10/2026
🇦🇿
Azərkosmos Məsqət şəhərində kosmik sektorun nümayəndələrini bir araya gətirən xüsusi formatda keçirilən “Oman Space Conference 2026” tədbirində iştirak edib. 🇦🇿🇴🇲🚀
Tədbir çərçivəsində “Space Policy and International Cooperation” panelində Azərbaycanın kosmik sahədə beynəlxalq əməkdaşlığa yanaşması, tərəfdaşlıqların genişləndirilməsi və birgə təşəbbüslərin əhəmiyyəti diqqətə çatdırılıb.
Konfransın gündəliyində həmçinin Yerin məsafədən müşahidəsi, kosmik sənayenin inkişafı və peyk rabitəsi kimi mövzular ətrafında müzakirələr aparılıb.
***
🇬🇧
Azercosmos participated in the “Oman Space Conference 2026” in Muscat, a special-format event bringing together representatives of the space sector. 🇦🇿🇴🇲🚀
During the “Space Policy and International Cooperation” panel, Azerbaijan’s approach to international cooperation in the space sector, the expansion of partnerships, and the importance of joint initiatives were highlighted.
The conference agenda also featured discussions on Earth observation, the development of the space industry, and satellite communications.
Category
Contact the organization
Telephone
Website
Address
72, Uzeyir Hajibeyli Street
Baku
AZ1000
Alerts
Be the first to know and let us send you an email when Azercosmos posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.