DVC
25 ildən çoxdur ki, 50 000-dən çox gəncin həyatında dəyişikliklərə imkan yaratdıq!
«Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyi öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən «Debat» təhsil proqramı kimi başlamışdır. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.
20/09/2026
20 Sentyabr- Dövlət Suverenliyi Günü🇦🇿
08/09/2026
🌱 “İqlim dəyişmələri mövzusunda debatların təşkili” layihəsinin açılış mərasimi baş tutub!
Layihənin açılış mərasimi çərçivəsində iştirakçılara layihənin məqsədləri, əsas fəaliyyət istiqamətləri, eləcə də regionlarda təşkil olunacaq təlimlər və debat forumları haqqında ətraflı məlumat təqdim edilib.
Tədbirin davamında xüsusi qonaqların iştirakı ilə panel müzakirəsi təşkil olunub. Müzakirə zamanı iqlim dəyişmələrinin yaratdığı əsas çağırışlar, ekoloji məsələlər və bu istiqamətdə gənclərin rolu müxtəlif aspektlərdən nəzərdən keçirilib.
💬 Panel iştirakçıları qonaqlara onları maraqlandıran sualları ünvanlayıb, öz fikir və təkliflərini bölüşüb, iqlim dəyişmələri və ekoloji məsuliyyət mövzusunda interaktiv fikir mübadiləsində iştirak ediblər.
📌 Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP Azərbaycan şirkətinin birgə maliyyə dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
08/09/2026
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin “Gənc qadınların sahibkarlıq akademiyası” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biri olub.
Layihənin əsas məqsədi gənc qadınların biznes təşəbbüslərinə marağını artırmaq, onların praktiki sahibkarlıq bacarıqlarını inkişaf etdirməkdir Layihə çərçivəsində sahibkar və ekspertlərin iştirakı ilə panel müzakirələr, bu sahədə təlimlər eləcə də qadın sahibkarlığı mövzusunda debat forumunun təşkili planlaşdırılır.
Layihə qadınların sahibkarlıqda daha fəal iştirakına və gender bərabərliyinin təşviqinə töhfə verməyi hədəfləyir.
01/09/2026
🌱 “İqlim dəyişmələri mövzusunda debatların təşkili” layihəsinin açılış mərasimi keçiriləcək!
Tədbir çərçivəsində iştirakçılara layihə haqqında ətraflı infosessiya təqdim olunacaq, layihənin məqsədləri, fəaliyyət istiqamətləri və regionlarda keçiriləcək təlim və debat forumları barədə məlumat veriləcək.
Açılış mərasiminin əsas hissələrindən biri isə xüsusi qonaqların iştirakı ilə panel müzakirəsi olacaq. Panelin əsas məqsədi iqlim dəyişmələrinin yaratdığı çağırışları müxtəlif aspektlərdən müzakirə etmək, gənclərin mövzuya dair məlumatlılığını artırmaq, onların aktual ekoloji məsələlər ətrafında fikir mübadiləsində iştirakını və fəal mövqe nümayiş etdirməsini təşviq etməkdir.
💬 Panel görüş zamanı gənclər qonaqlara onları maraqlandıran sualları ünvanlamaq, öz fikir və yanaşmalarını bölüşmək, iqlim dəyişmələri və ekoloji məsuliyyətlə bağlı aktual məsələlər ətrafında interaktiv müzakirəyə qoşulmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP Azərbaycan şirkətinin birgə maliyyə dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin
təşkilatçılığı ilə keçirilir.
📍Məkan- Bakı Gənclər Mərkəzi
🗓️Tarix- 03.09.2026 | 12:00
🔗Qeydiyyat linki BİO-da yerləşdirilib
# BP # DVC # gənclərdebatda
29/08/2026
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP Azərbaycan şirkətinin birgə maliyyə dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin
təşkilatçılığı ilə “İqlim dəyişmələri mövzusunda debatların təşkili” layihəsi həyata keçiriləcək. ⏳
🎯Layihənin əsas məqsədi iqlim dəyişkənliyi ilə bağlı ictimai məlumatlılığın artırılması, xüsusilə gənclərin bu istiqamətdə bilik və bacarıqlarının inkişafı və onların natiqlik bacarıqlarının artırılmasına xidmət etmək, həmçinin Regionlarda keçiriləcək təlimlər və debat forumları vasitəsilə gənclərin sosial fəallığını və ekoloji məsuliyyətini artırmaqdır.
🔺Qeyd edək ki, layihənin açılış mərasimi Bakıda keçiriləcək. Forumun davamında isə Qarabağ, Gəncə və Naxçıvan regionlarında silsilə təlimlər və debat forumları təşkil olunacaq. Tədbirlər regionlar üzrə paralel şəkildə həyata keçirilərək iştirakçıların həm təlim sessiyalarında, həm də debat mərhələsində iştirakını təmin edəcək.
ℹ️ Əlavə məlumat üçün şərh bölməsinə “+” göndərə bilərsiniz
26/08/2026
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Mehriban xanıma möhkəm cansağlığı, xoşbəxtlik və ölkəmizin gələcəyi, xüsusilə gənclərin inkişafı naminə həyata keçirdiyi çoxşaxəli fəaliyyətində davamlı uğurlar diləyirik.
07/08/2026
“RGDF: YAY, 2026”da möhtəşəm final həyəcanı! ⚖️🔥
Düşərgənin 5-ci günündə “Hüquqi Debat” çərçivəsində dörddəbir və yarımfinal oyunları keçirilib. Komandalar finala vəsiqə qazanmaq üçün son ana qədər mübarizə aparıblar. Həmçinin düşərgə debat oyunlarından əlavə “kahoot” oyunu və müxtəlif enercayzerlərlə daha da rəngarəng olub.
Düşərgənin son gün isə “Respublika Gəncləri Debat Forumu: Yay, 2026”nın final oyunu baş tutub!🏆
Forumun final mərhələsində Göygöl regionunu təmsil edən gənclər və Quba regionunu təmsil edən gənclər qarşı-qarşıya gəlib. Forumun çempion komandası Göygöl komandası olub. Turnirin natiqliyi ilə seçilən ümumilikdə ən yaxşı 10 natiq müəyyən olunub və mükafatlandırılıb. “Respublika Gəncləri Debat Forumu: Yay, 2026”nın ən yaxşı birinci natiqi Göygöl gənci Rauf Əliyev olub. 🥇
Həmçinin düşərgənin son günündə gənclər üçün təşkil olunan intellektual yarışlar da böyük maraq və yüksək aktivliklə qarşılanıb. 🎯✨
Günün sonunda isə iştirakçılar tonqal ətrafında toplaşaraq düşərgəyə unudulmaz xatirələrlə yekun vurublar! ✨💜
04/08/2026
“RGDF: YAY, 2026”da turnir həyəcanı rəsmi olaraq başlayıb! ⚖️🔥
Düşərgənin 4-cü günündə “Hüquqi Debat” formatında gərgin və maraqlı turnir oyunlarına start verilib. Komandalar gün ərzində 3 mərhələdə öz argumentasiya və natiqlik bacarıqlarını nümayiş etdiriblər.
Debat oyunları ilə yanaşı, iştirakçılar bir-birindən fərqli, maraqlı enercayzerlər, incəsənət saatı və şəbəkələşmə sessiyalarında bir araya gələrək günü həm faydalı, həm də əyləncəli şəkildə yekunlaşdırıblar! 🚀
03/08/2026
“Respublika Gənclər Debat Forumu: Yay, 2026”da 3-cü gün geridə qalıb! 🔥
Düşərgədə gün ərzində “Karl Popper” debat formatında maraqlı və əyləncəli “Funny Debate” oyunları keçirilib. İştirakçılar mərhələləri keçərək yarımfinal və final həyəcanını yaşayıblar.
Turnirin final oyununda Qarabağ Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları qarşılaşın. Maraqlı keçən oyunun ardından mərhələ uğurla yekunlaşıb! 🚀
02/08/2026
“Respublika Gənclər Debat Forumu: Yay, 2026”nın 2-ci günü də eyni templə və yüksək enerji ilə geridə qaldı! ⚡
Düşərgədə gün ərzində “Auditoriya ilə Effektiv Kommunikasiya”, “Debat metodologiyası ilə şəxsi inkişaf” və “Hüquqi Debat” formasında interaktiv təlimlər keçirildi.
Günün ən maraqlı və yaddaqalan hissəsi isə Şou-debat oyunu oldu. Komandalar oyunlar öncəsi böyük təcrübə qazandılar! 🚀
Contact the organization
Telephone
Website
Address
Səbail Rayonu, 6-cı Böyük Qala Döngəsi, 11
Baku
AZ1001
Opening Hours
| Monday | 10:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 10:00 - 19:00 |
| Saturday | 10:00 - 16:00 |
Alerts
Be the first to know and let us send you an email when DVC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.