Azexport.az
Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazası
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan azexport.az-ın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformadır. Azexport.az dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan nemətlərini planetin bütün nöqtələrində potensial alıcılara əlçatan edir. Bu missiyanı həyata keçirmək üçün, dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-loqistika şirkətləri Azərbaycan mallarının daşınması üçün əlverişli şəkildə Azexport.az-a inteqrasiya olunublar. Azexport.az VİSA, Master Card və American Express kart sahibləri üçün portal üzərindən ödəmələri tam təhlükəsiz və sürətli həyata keçirilməsini təmin edir. Azexport.az öz ziyarətçiləri ilə mükəmməl əlaqə sistemi quraraq daim Sizlərin xidmətində olmaqdan məmnunluq duyur. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli, əlverişli, hər yerdə və həmişə olmaqla "Made in Azerbaijan" brendini Sizə daha yaxın etdik!
📍İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının rəhbəri Ayxan Qədəşov (Ayxan Qadashov) AZTV-yə müsahibə verib.
📌O, “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və sənayesinin inkişafına dair Dövlət Proqramı”nın qeyri-neft sektoru üzrə prioritetlərindən danışıb.
23/09/2026
📢 sertifikatı artıq Digital Logistics Platformda🚀
İİTKM-in Azexport.az portalının təqdim etdiyi “Sərbəst satış sertifikatı” artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Rəqəmsal logistika platforması”na tam inteqrasiya edilib.
Bu inteqrasiya sahibkarlar üçün prosesi daha , və edir:
✅ Müraciət və sənədlərin qəbulu tam elektron şəkildə həyata keçirilir
✅ Zəruri fayllar birbaşa sistemə yüklənir
✅ Müraciətin icra statusunu şəxsi kabinetdən izləmək mümkündür
✅ “QR” kod və müraciət nömrəsi ilə elektron identifikasiya təmin olunur
✅ Hazır sertifikatı heç bir fiziki təmasa ehtiyac olmadan PDF formatında yükləmək mümkündür
🌍 prinsiplərinə uyğun bu rəqəmsal həll sahibkarlara vaxta və resurslara qənaət etməklə məhsullarını strateji xarici bazarlara daha çevik çıxarmağa imkan yaradır.
📌 Qeyd edək ki, Azexport.az portalı tərəfindən 2018-ci ildən etibarən tibbi avadanlıqlar, qida məhsulları və dərman vasitələri daxil olmaqla 700-dən artıq adda məhsul üzrə “Sərbəst satış sertifikatı” təqdim edilib.
🔗 İxracatçılar xidmətdən yararlanmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərlər:
https://dlp.gov.az/documents/accompanying-documents/free-sale-certificate
23/09/2026
📍 " - və sənayesinin inkişafında yeni mərhələ
Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə ölkənin qeyri-neft sektorunda imkanlarının formalaşdırılması baxımından mühüm istiqamətlər müəyyənləşdirib. Dövlət Proqramının əsas hədəfi yalnız faydalı qazıntıların hasilatının artırılması deyil, xammalın ölkə daxilində daha yüksək əlavə yaradan məhsullara çevrilməsi və bütöv istehsal zəncirinin formalaşdırılmasıdır.
🔹 İİTKM-in Azexport.az portalının rəhbəri Ayxan Qədəşov ( Ayxan Qadashov) mövzunu şərh edib.
Ətraflı: https://ereforms.gov.az/az/media/xeberler/dag-meden-ve-metallurgiya-senayesinin-inkisafinda-yeni-merhele-2889
📍İİTKM-in Azexport.az portalının rəhbəri Ayxan Qədəşov (Ayxan Qadashov) AZTV-yə müsahibə verib.
O, qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramının idxal-ixrac məsələlərinə təsirlərindən danışıb.
11/09/2026
"📍2027-2032-ci illər üzrə Təhlükəsizliyi Proqramı: və üçün strateji əhəmiyyəti
📌Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi ölkənin qida sektorunun dəyər zəncirinə inteqrasiyasında və əhalinin sağlamlığının qorunmasında yeni strateji mərhələnin başlanğıcıdır. Dövlət, özəl sektor və cəmiyyətin birgə fəaliyyətini nəzərdə tutan Proqram təkcə daxili ərzaq təhlükəsizliyinin təmin edilməsinə deyil, bütövlükdə milli qida sənayesinin standartlara uyğunlaşdırılmasına mühüm töhfə verəcək."
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının rəhbəri Ayxan Qədəşov (Ayxan Qadashov) mövzunu şərh edib.
🔗Ətraflı: https://ereforms.gov.az/az/media/xeberler/2027-2032-ci-iller-uzre-qida-tehlukesizliyi-proqrami-biznes-ve-istehlakcilar-ucun-strateji-ehemiyyeti-2870
09/09/2026
Azexport.az portalı yerli rəssamlıq məmulatlarını bazara çıxarır
📍 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı qeyri-neft ixracının genişləndirilməsi və yerli istehsalçıların bazarlara çıxışının dəstəklənməsi tədbirlərini davam etdirir. Bu çərçivədə “Azexport” portalının rəhbəri Ayxan Qədəşov (Ayxan Qadashov) rəssamlıq ləvazimatları istehsal edən yerli sahibkar Cavid Mehrəliyevlə görüş keçirib.
🎨 Görüşün əsas müzakirə obyekti Azərbaycanda istehsal olunan “dammar” lakı, küknar lakı, lakı, eləcə də yağlı durulaşdırıcı spesifik incəsənət materiallarının daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac potensialının reallaşdırılması olub.
🌐 Müzakirələr zamanı əldə olunan razılığa əsasən, rəssamlıq məhsullarının “Azexport” portalının dəstəyi ilə dünyanın aparıcı elektron ticarət platformaları olan Amazon.com, Alibaba.com və eBay vasitəsilə beynəlxalq bazarlara çıxarılması qərara alınıb. Artıq bu istiqamətdə konkret işlərin görülməsinə başlanılıb.
💡 Qeyd edək ki, bu məhsulların qlobal şəbəkələrinə inteqrasiyası həm yerli istehsalın stimullaşdırılmasına, həm də Azərbaycanın qeyri-neft ixracı nomenklaturasının yeni, spesifik məhsullar hesabına şaxələndirilməsinə mühüm töhfə verəcək. Portalda qeydiyyat ödənişsizdir və satışlardan komissiya nəzərdə tutulmayıb.
🔗 Ətraflı: https://ereforms.gov.az/az/xeber/azexport-portali-yerli-ressamliq-memulatlarini-beynelxalq-bazara-cixarir-2864
07/09/2026
"Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş hədəflərə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Dəyişikliklər kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixracyönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsini əhatə edir."
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının rəhbəri Ayxan Qədəşov (Ayxan Qadashov) mövzunu şərh edib.
🔗 Şərhlə tanış olmaq üçün link: https://ereforms.gov.az/az/xeber/yeni-subsidiya-mexanizmleri-kend-teserrufati-mehsullarinin-ixracini-ve-beynelxalq-sertifikatlasdirmani-tesviq-edecek-2861
04/09/2026
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşov (Ayxan Qadashov) “ - münasibətləri: Tarixi təcrübənin dəyərləndirilməsi və gələcək istiqamətləri” mövzusunda keçirilən çıxış edib.
🔹O, 2026-cı ilin ilk 7 ayının rəsmi gömrük statistikasına istinad edərək bildirib ki, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi 29 milyard dolları ötüb, ümumi ixrac isə 19 milyard dollar təşkil edib. Bu həcmin 10 milyard dollardan çoxu (ümumi ixracın 53 faizi) Avropa İttifaqının payına düşüb və İtaliya, Çexiya, Rumıniya, Bolqarıstan əsas tərəfdaşlar sırasında yer alıb. İdxal istiqamətində isə ölkəyə daxil olan 10 milyard dollarlıq məhsulun 2 milyard dolları (16 faizi) Aİ-dən, əsasən Almaniya və İtaliyadan tədarük edilən sənaye avadanlıqları, texnologiya, nəqliyyat vasitələri və əczaçılıq mallarının payına düşüb.
💬Qeyd edək ki, dəyirmi masa Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTMM) və “LINKS Europe” Fondunun birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə həmçinin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç çıxış edərək tərəflər arasındakı dialoqun və müxtəlif sahələrdə mövcud əməkdaşlıq potensialının nəzərdən keçirilməsinin əhəmiyyətini qeyd edib.
26/08/2026
Azexport.az portalının dəstəyi ilə daha bir yerli brend hövzəsində təmsil olunacaq
📍 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti əməliyyatı uğurla həyata keçirilib.
🚢 İxracı üçün sərbəst satış sertifikatı rəsmiləşdirilmiş, "Hub Trade" şirkəti tərəfindən ixrac olunan 200 və 1000 millilitrlik qablaşdırmada yerli istehsal şirəsi məhsulu gömrük nəzarətindən keçərək Gürcüstanın Poti limanından dəniz yolu ilə Dominikan Respublikasına göndərilmək üçün yola salınıb.
🎙️ “Azexport” portalının rəhbəri Ayxan Qədəşov (Ayxan Qadashov) Karib hövzəsi ölkələrinin Azərbaycan məhsulları üçün nisbətən , eyni zamanda perspektivli və yüksək alıcılıq qabiliyyətinə malik bazar olduğunu bildirib. O qeyd edib ki, yerli istehsal olan nar şirələrinin bu bazara daxil olması Azərbaycan brendlərinin qlobal miqyasda rəqabət qabiliyyətinin artmasının göstəricisidir, Poti limanı üzərindən Amerika qitəsinə tədarük marşrutlarının qurulması isə qeyri-neft ixracının coğrafiyasının şaxələndirilməsinə mühüm töhfə verir.
💡 Qeyd edək ki, yerli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdıran və onlara kompleks dəstək göstərən “Azexport” portalında qeydiyyat, eləcə də həyata keçirilən satışlar üçün heç bir komissiya haqqı nəzərdə tutulmayıb. Portal Azərbaycan məhsullarının ənənəvi və yeni bazarlarda tanıdılması istiqamətində fəaliyyətini davam etdirir.
21/08/2026
📌Sərbəst satış sertifikatının “Bir Pəncərə” informasiya sisteminə inteqrasiyasına dair növbəti görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalı tərəfindən sahibkarlara verilən sərbəst satış sertifikatının Digital Logistics Platform - "Bir Pəncərə" informasiya sistemi vasitəsilə təqdim olunması prosesinə dair növbəti görüş keçirilib.
Görüşdə “Azexport” portalının rəhbəri Ayxan Qədəşov (Ayxan Qadashov) sertifikatın alınması üçün müraciət və cavablandırma mərhələlərinin mövcud vəziyyəti və istifadəçi tələbləri barədə məlumat verib.
İnteqrasiya prosesinin texniki həlli, infrastrukturun qurulması və məlumat mübadiləsinin arxitekturası isə Rəqəmsal Logistika Platformasının (DLP) layihə rəhbəri Ehtiram Quliyev tərəfindən təqdim edilib.
Tədbirdə həmçinin “məhsul sahibi” Fuad Süleymanovun iştirakı ilə prosesin rəqəmsallaşdırılmasının son mərhələsi müzakirə edilib, sistemin daha sürətli və rahat istifadəsi istiqamətində aparılan intensiv texniki təhlillərin nəticələri nəzərdən keçirilib.
Görüşün əsas məqsədi sertifikatın alınması üçün müraciət və cavablandırma mərhələlərinin rəqəmsallaşdırılması üzrə görülən yekun işlərin qiymətləndirilməsi olub. Tədbirdə prosesin elektronlaşdırılmasının son mərhələsi müzakirə edilib, sistemin daha sürətli və rahat istifadəsi istiqamətində aparılan intensiv texniki təhlillərin nəticələri nəzərdən keçirilib.
Yeniliklər tam tətbiq olunanadək, sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar müraciətlərini ənənəvi qaydada www.azexport.az portalı vasitəsilə həyata keçirə bilərlər.
Contact the business
Telephone
Website
Address
Yasamal Rayonu, Qurban Xəlilov Küçəsi, 47
Baku
AZ1073