Report.az

Report.az

Share

Report informasiya agentliyi - www.report.az "Report" İnformasiya Agentliyi — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biridir.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

07/09/2026

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləklə müşayiət olunan yağış Lənkəranda bir sıra fəsadlar törədib.

"Report"un cənub bürosunun məlumatına görə, güclü külək əsasən elektrik təsərrüfatına ciddi ziyan vurub. İldırımla müşayiət olunan güclü külək nəticəsində Şəhidlər Xiyabanı küçəsində iri gövdəli ağac vətəndaşa məxsus hasarın və qaz borusunun üstünə aşıb. Nəticədə qaz borusu və sayğac sıradan çıxıb.

Şəhərin Kiçik Bazar deyilən ərazisində isə ağac hərəkətdə olan Ehtiram Fərəcova məxsus "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsinin üstünə düşüb. Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Aidiyyəti qurumların nümayəndələri ərazilərdə olub. Problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görüblər. Bəzi küçələrdə ağaclar xüsusi avadanlıqlar vasitəsilə budanaraq yol kənarına çəkilib. Hazırda fasilələr yarandığı ərazilərdə elektrik enerjisinin tam verilməsi istiqamətində işlər davam etdirilir.

07/09/2026

❗ Sumqayıtda dörd avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

İki "Toyota", "Kia", "Hyundai" markalı minik avtomobilləri toqquşub.

Faktla bağlı araşdırma aparılır.

07/09/2026

Yağışlı Bakı gecəsi...

Video: Bəşir Əli

07/09/2026

"Neftçi" yeni hücumçu transfer edib.

Klubdan "Report"a verilən məlumata görə, "ağ-qaralar" Finlandiyanın "Qnistan" klubundan nigeriyalı Adeleke Akinyemini sıralarına qatıb.

Buna qədər Avropanın müxtəlif liqalarında çıxış etmiş mərkəz hücumçusu xüsusilə də son 3 ildə yüksək inkişaf göstərib.

İki il əvvəl Finlandiyada "İlves"lə gümüş medal qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edən Adeleke, sözügedən çempionatda "Qnistan"ın heyətində bu mövsüm 22 oyunun hər birində meydana çıxıb.

2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olan forvard "Qnistan"da 13 qolla bombardir olub.

28 yaşlı futbolçu bu gün tibbi baxışdan keçdikdən sonra "Neftçi" ilə 2+1 illik müqavilə bağlayıb. O, "Neftçi"nin heyətində 26 nömrəli formanı geyinəcək.

07/09/2026

🔥 Binəqədidə yanğın baş verib

Hadisə rayonun 7-ci mikrorayon ərazisində tikilməkdə olan binanın ikinci mərtəbəsində baş verib.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

07/09/2026

Cəlilabad rayonunda irigövdəli ağac avtomobilin üzərinə aşıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, güclü külək nəticəsində irigövdəli ağac yolda hərəkətdə olan "Ford Transit" markalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, sözügedən yolun digər istiqamətlərində də 30-a yaxın irigövdəli ağaclar yola aşıb.

07/09/2026

Sumqayıt şəhərində güclü külək nəticəsində ağac peşə liseyinin üzərinə aşıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsi, Kamran Hüseynov küçəsində yerləşən peşə liseyinin ərazisində qeydə alınıb.

Hadisə nəticəsində yaxınlıqdakı daha bir tikiliyə ziyan dəysə də, xəsarət alan olmayıb.

07/09/2026

Əhalinin nəzərinə! Qurum hava şəraiti ilə bağlı MƏLUMAT YAYDI

Ətraflı👉 report.az/2968819

07/09/2026

Bakı-Həştərxan-Bakı istiqamətində müntəzəm uçuşlar sentyabrın 30-da bərpa olunacaq.

Bu barədə "Report" Həştərxan Beynəlxalq Hava Limanına istinadən xəbər verir.

Bildirilib ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) Azərbaycan paytaxtına birbaşa müntəzəm uçuşları həyata keçirəcək.

Məlumata əsasən, Həştərxan Beynəlxalq Hava Limanından uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri planlaşdırılır. Səyahət müddətinin 1 saat 25 dəqiqə olması gözlənilir. Daşıyıcı bu marşrut üzrə "Embraer E-190" təyyarələrindən istifadə edəcək.

Xatırladaq ki, AZAL 2025-ci il fevralın 3-də Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırmışdı.

07/09/2026

🌬️Küləkli havada Bakı…

Telephone

Address


Nizami Küçəsi 203B
Baku
1885