Bicolular
Əziz Bicolular və səhifə izləyiciləri!? Sizdən Bicolular səhifəsini bəynməyi xahiş edirəm!!!!
10/08/2026
Cizgilərdə Yaşayan Əlli İllik Xatirə:
Düz 50 il bundan əvvəl, amansız bir avtoqəza nəticəsində həyatının ən gözəl çağında bizlərdən ayrılan Bicolu .
Albabayev Xanqulu kişini dərin hörmət və kədərlə yad edirik. Düz 50 il keçməsinə baxmayaraq, onun xatirəsi hələ də doğma kəndimizin hər bir guşəsində, onu tanıyanların qəlbində dipdiridir.
Xanqulu kişi öz gözəl xasiyyəti, təvazökarlığı və hər kəsin köməyinə çatmaq istəyi ilə seçilən əsl mərd insan idi. Onun bu mənəvi ucalığını, insanpərvərliyini sübut edən bir hadisə hələ də dillərdə dastan kimi gəzir. 70-ci illərin əvvəllərində, Məhəmməd dayım uzaq Rusiyada qürbət eldə dünyasını dəyişəndə, kimsənin o ağır, məsuliyyətli işi öz öhdəsinə götürməyə cəsarət etmədiyi bir məqamda, Xanqulu kişi tərəddüd etmədən yola çıxdı. Gecəni gündüzə qatıb, yüzlərlə kilometr yol qət edərək onun nəşini kəndimizə gətirdi. Bu, təkcə bir dəstək deyil, həm də əsl kişilik, mənəviyyat və fədakarlıq nümunəsi idi.
Bu gün biz Xanqulu kişini itirməyin ağrısını hiss etsək də, onun bizə qoyub getdiyi mənəvi mirasla – mərdliyi, dürüstlüyü və insanlara sevgisi ilə fəxr edirik. O, cismlə aramızdan getsə də, əlli ilin bu cizgilərində, kəndimizin və sevənlərinin yaddaşında əbədi olaraq yaşayacaqdır.
Allah rəhmət eləsin, məkani cənnət olsun.!!!!!
Fexreddin Babasahoglu
08/08/2026
Həyatın əsl dəyəri illərin sayında deyil, o illərin necə yaşanmasında, arxada qalan izlərdə və insanların qəlbində qazanılan səmimi sevgidə ölçülür. Bu gün kəndimizin, el-obamızın dəyərli evladlarindan biri, sadəliyi və təmiz qəlbi ilə hər kəsin hörmətini qazanmış ..
Əflatun Qurbanovun 66 yaşı tamam olur.
Əflatun Qurbanovun ömür yolu xeyirxahlıqla, insanlara qarşı göstərilən xoş niyyətlə doludur. Həyatı boyu harada olmasından, hansı işlə məşğul olmasından asılı olmayaraq, həmişə insanlığı hər şeydən üstün tutub. Onun uzun illər energetika sahəsindəki fəaliyyəti təkcə peşəkar uğurlarla deyil, həm də iş yoldaşlarına, kollektivə olan səmimi münasibəti ilə yadda qalıb. ..Bu yaxınlarda müalicə aldığım müəssədə təsadüfən rast gəldiyim bir insan Əflatun və qardaşı Seyidağa barədə o qədər xoş sözlər söylədi ki..
Əflatun Qurbanov tək işdə yox, həm də həyatda gözəl ailə başçısı, övladlarına gözəl nümunə olan bir atadır. Onun tərbiyə etdiyi övladlar, qurduğu möhkəm ailə təməli onun həyat fəlsəfəsinin ən gözəl sübutudur.
Bu gün bu gözəl yubiley günündə Əflatun Qurbanova Allahdan möhkəm cansağlığı, ailə xoşbəxtliyi və uzun, bərəkətli ömür arzulayırıq. Qoy bundan sonrakı illəri də eynilə keçmiş illəri kimi nurla, sevgiylə və hörmətlə əhatə olunaraq keçsin.
Həyat sənə layiq olduğun ən gözəl anları bəxş etsin, əziz Əflatun Qurbanov! Yaşının üstünə gələn bu 66 ilin hər günü bir bayram olsun.
Fexreddin Babasahoglu
24/07/2026
Babaşov Şamil Babakisi oğlu!!
26 iyun 1962
24 iyul 2026
Həyatın amansız qanunu bizi yenə də dərindən sarsıtdı. Bu gün külək bir az daha soyuq əsir, içimiz bir az daha dərin sızıldayır... Çünki bu gün uşaqlıq yoldaşım, qonşum və kənd illərimin ən dəyərli parçası olan Şamil haqq dünyasına qovuşdu. Onun vaxtsız gedişi ürəyimdə dözülməz bir boşluq, silinməz bir iz buraxdı.
Şamil təkcə bir yoldaş .. qonşu deyildi, o mənim üçün bir sirdaş, bir arxa, birlikdə böyüdüyüm doğma bir insan idi. Birlikdə keçirdiyimiz o saf uşaqlıq illəri indi gözlərim önündən bir lent kimi keçir...
Uşaqlıqda həmişə mal növbələrinə birgə gedərdik. Uzun, yorucu saatlar onun şirin söhbətləri ilə bir göz qırpımında keçərdi. Məhləmizdə hamıya şən təxəllüslər vermək onun özünəməxsus adəti idi. Hər işi tez-tələsik, təcili gördüyüm üçün mənə də "Qırğı Fəxrəddin" deyərdi. Bu gün o ləqəbi xatırlayanda içimdə həm xoş bir səmimiyyət, həm də göynədici bir nisgil oyanır...
Ot biçməyə, dağdan ulaqla su gətirməyə həmişə çiyin-çiyinə gedərdik. Nə qədər çətin iş olursa-olsun, Şamilin yanımda olması yetərdi. O, sadə, zəhmətkeş və ürəyi dünya qədər geniş bir kənd uşağı idi.
Bizim bağlarımız, xatirələrimiz təkcə Şamillə bitmirdi. Onun bacısı İnnab ilə tam 10 il eyni sinifdə oxumuşuq, eyni məktəb partasını, eyni uşaqlıq illərini paylaşmışıq. Bu itki təkcə bir qonşunun gedişi deyil, bütöv bir ailənin, bir nəslin ortaq acısıdır.
İnnab bacı, 10 il bir sinifdə oxuduğum, birgə böyüdüyüm doğma insan... Şamilin vaxtsız gedişi hamımızı yandırdı. Şamil kimi gözəl bir qardaşı itirməyin ağrısını sözlə ifadə etmək çətindir. Allah sizə, bütün ailənizə və yaxınlarınıza böyük səbir versin.
Heyf ki, zamanı geri qaytarmaq olmur. Şamilin gedişi ilə bizim uşaqlığımızdan da bir parça qopub getdi. Amma onun səmimi gülüşü, dediyi sözlər və buraxdığı xatirələr hər zaman qəlbimizdə yaşayacaq.
Məkanın cənnət, ruhun şad olsun, gözəl qardaşım Şamil... Səni heç vaxt unutmayacağıq!...!!
Fəxrəddin Babaşahoğlu
Əziz Bicolular və səhifə izləyiciləri!!
Babaşov Şamil Babakisi oğlu haqq dünyasına qovuşmuşdur!
Bicolular səhifəsi ailəsinə və yaxınlarına dərin hüzünlə baş sağlığı verir. Allah rəhmət eləsin məkanı cənnət olsun!!
Fexreddin Babayev
22/07/2026
Bico kəndinin zəngin tarixi, ədəbi-mədəni irsi və söz xəzinəsi həqiqətən də qürurvericidir. Seyid Əzim Şirvani və Xalidə Hasilova kimi böyük söz ustadlarından tutmuş, kəndin öz yetirmələrinə — Cami kişi, Oktay Şamil..Pəncəli müəllim, Qızyetər bibi, Tahir Xasi şair Abdulla və bu gün bu ənənəni yaşadan yazıçı-jurnalist Rahib Kərimliyə qədər hər kəsin bu torpağa həsr etdiyi misralar Biconun ruhunu, tarixini və əzəmətini gələcək nəsillərə daşıyır.
Kəndimizin ziyalı evladı, yazıçı jurnalist..
Rahib Kərimlinin "BİCO" şeiri də kəndə olan sonsuz sevgini, onun Şirvan torpağındakı yerini və tarixi köklərini çox gözəl və təsirli şəkildə tərənnüm edir.
BİCO
Şirvanın tacıdır, sözüdür Bico,
Ruhların aynası, özüdür Bico.
Köhnə daş yaddaşda tarix danışar,
Min ilin sədası, izidir Bico.
Dağların sinəsi, çayların səsi,
Ellərin nəfəsi, düzüdür Bico.
Yurdumun qəlbində nur kimi yanar,
Sevdanın odunda közüdür Bico.
Keçmişdən gələcək sabaha körpü,
Tarixin yazılmış yüzüdür Bico.
Kərimli söylər ki, hər misramda var,
Vətənim, varlığım, özüdür Bico.
Rahib KƏRİMLİ
yazıçı-jurnalist
Bico torpağının yetişdirdiyi belə ziyalıların, şair və yazıçılarımızın qələminə, ruhuna sağlık! Doğma kəndinizin adını ədəbiyyatda və söz sənətində yaşadan dayım oğlu Rahib Kərimliyə dərin ehtiramla ...
Fexreddin Babasahoglu
19/07/2026
Bir Şəhidin Əbədi Portreti
Bəzən sözlərin tükəndiyi, cümlələrin aciz qaldığı anlar olur. Belə anlarda ruhun səsini yalnız sənət dilləndirə bilir. Fırçanın kətan üzərində buraxdığı hər cizgi, boyaların yaratdığı hər naxış tarixin unudulmaz bir səhifəsini gələcəyə daşıyır. Gənc rəssam Fidan xanımın öz diplom işi olaraq ərsəyə gətirdiyi bu tablo da məhz belə bir ruhun səsidir – həm böyük bir ailəvi ağrının, həm də sonsuz bir milli fəxr və qürurun təsviri....
Bu tablonun mərkəzində dayanan səhnə hər kəsin qəlbində dərin bir sızı yaradır. Azərbaycan Respublikasının Xalq Artisti Əli Nur və onun Vətən uğrunda canından keçmiş şəhid oğlu, Baş leytenant Rövşən Nurzadə...
Təsəvvür edin: bir ata və son nəfəsini onun qolları arasında verən qəhrəman oğul. Bu təsvir yalnız bir ailənin faciəsi deyil. Bu, Vətən müharibəsində canını sipər edən oğulların və onları bağrına basıb "tək fəxrim" deyən fədakar valideynlərin ümumiləşdirilmiş simasıdır. Bu qucaqlaşma – ölümün və əbədiyyətin, kədərin və qələbənin qovuşduğu andır....
Gənc nəslin öz tarixinə, qəhrəmanlarına necə sahib çıxdığını görmək insanı həm duyğulandırır, həm də gələcəyə ümidlə baxmağa sövq edir. Fidan xanım öz diplom işini sadəcə bir akademik tapşırıq kimi deyil, qəlbinin ən dərin guşəsindən gələn bir sevgiylə hazırlayıb. O, öz sənətini dayısı – şəhid Baş leytenant Rövşən Nurzadənin əziz xatirəsinə ithaf edib.
Bu addım, şəhidlərimizin xatirəsinin gənc nəsil tərəfindən necə böyük bir ehtiram, sonsuz minnətdarlıq və sevgi ilə yaşadıldığının bariz nümunəsidir. Fidan xanım fırçası ilə təkcə boyaları deyil, həm də öz dayısına olan həsrətini, babası Əli Nurun ürək ağrısını kətana köçürüb.
Hər bir şəhid ucalığı ilə dastan yazır, lakin onları unudulmağa qoymayan, yaddaşlarda yaşadan sənətdir, vəfadır. Bu gün fəxrlə deyə bilərik ki, Rövşən Nurzadə kimi qəhrəmanlarımızın ruhu şaddır. Çünki onların arxasında dayanan, onların canı bahasına qoruduğu bu torpaqda boya-başa çatan və onları sənəti ilə ölümsüzləşdirən Fidan kimi vəfalı, istedadlı gənclərimiz var.
Şəhidimiz Baş leytenant Rövşən Nurzadənin ruhu qarşısında baş əyir, ona Allahdan rəhmət diləyirik.
Xalqımızın sevimli sənətkarı Bico kəndinin fəxri vətəndaşı Əli Nur cənablarına və bütün ailəsinə səbir arzulayırıq.!!!!!!!
Gənc rəssamımız Fidan xanıma isə bu nəcib və duyğusal addımına görə təşəkkür edir, yaradıcılıq yollarında böyük uğurlar diləyirik. Qoy fırçanız hər zaman belə dəyərli və vətənpərvər əsərlər yaratsın!
İnşaallah!!!
Fexreddin Babasahoglu
17/07/2026
Əziz Bicolular və səhifə izləyiciləri!!
Bu günlər kəndimizin dəyərli ağsaqqalı..
Uzun müddət kəndimizdə müəllim işləmiş..
Oktay müəllimin 85 yaşı tamam olur!!
Oktay müəllimi təbrik edirik və ona Allahdan sağlıqlı ömür arzu edirik!!
Fexreddin Babasahoglu
16/07/2026
Əziz Bicolular və səhifə izləyiciləri!!
Bu gün Bicolu ..
Kərimov Əziz Əlimərdan oğlu haqq dünyasına qovuşmuşdur!!
Dəfn bu gün Müşviqabad məzarlığında olmuşdur!
Bicolular səhifəsi ailəsinə və yaxınlarına dərin hüzünlə baş sağlığı verir.. Allah rəhmət eləsin məkanı cənnət olsun!!!
Fexreddin Babayev
15/07/2026
Geridə qalmış Ömrün 62-ci Baharı:
Zaman bir çay kimi axıb gedir... Budur, artıq ömrün 62-ci baharı da yola salındı .İnsan ömrün bu məqamına çatanda istər-istəməz boylanıb keçmişə baxır. Vərəqlənən xatirələr vərəqində isə uşaqlığın o həm çətin, həm də qürurlu illəri canlanir............. Böyük bir ailənin sonbeşiyi olmaq bəzən çox şeyə həsrət qalmaq demək idi. Yeni bir paltarın sevinci, vərəqləri təzə qoxan bir kitabın həvəsi uzaq bir arzu kimi görünürdü. Küçədə yaşıdlarının velosiped sürdüyünü görəndə ürəyin bir küncündə boynu bükülən, kövrələn o kiçik oğlan uşağı hələ də yaddaşlardadır.
Amma o uşağın heç vaxt şikayət etməyən, böyük bir qüruru və fədakarlığı vardı. Çünki o, sıradan bir uşaq deyildi; o, İkinci Dünya Müharibəsinin alovlarından keçmiş, cəbhədən 1-ci qrup müharibə əlili kimi qayıtmış, amma halal zəhmətdən, işdən-gücdən heç vaxt qaçmamış, əli qabarlı Babaşah kişinin oğlu idi!.. O ..5 yaşında Əmi..7 yaşında .. dayı olmuşdu...
Atasının hər qabarlı əlində, hər ağrılı addımında vətən naminə keçdiyi o şərəfli yolun izləri vardı. Atasının çəkdiyi bu çətinlikləri, onun mərdliyini görürdü .., ondan heç vaxt heç nə istəmədi, istəyə bilmədi. Ataya olan hörmət və sevgi, bütün maddi çatışmazlıqları kölgədə qoyurdu. Babaşah kişinin o qabarlı əlləri ilə qazandığı hər tikə çörək bütün dünyadan daha dəyərli idi.
Əslində, o günlər hər şeyin yoxluğunda ən böyük varlıq gizlənmişdi: Ailə bütövlüyü.
Təzə paltar yox idi, amma canı yanan ata-ana, arxa-dayaq olan qardaşlar, mehriban bacılar, dayılar, xallar və .. sadiq dost vardı... velosipedi olmasa da xoşbəxt idi; çünki o, böyük bir sevgi və şərəf yuvasında böyüyürdü.....!!!.İllər keçdi, dövran dəyişdi. Bu gün dönüb geriyə baxanda insan şükür edir — indi o vaxt həsrəti çəkilən hər şey var. Allaha Şükürlər olsun..Süfrələr dolu, imkanlar geniş, dünya tamamilə fərqlidir. Amma həyatın ən qəribə, ən ağrılı təzadı da elə burasındadır:
Bu gün hər şey var, ancaq o çətin günləri gözəlləşdirən, həyatı mənalı edən o əziz insanlar, o qabarlı əllər yoxdur...
O böyük ailənin çoxu artıq dünyasını dəyişib, xatirələri qəlbə köçüb. İndi hər şeyə sahib olmaq, o vaxt həsrətində olduğun insanların yerini doldurmur.Yasa dolduqca daha dərindən anlayırsan ki, ən böyük zənginlik əşyalar yox, o zamanlar əlimizdən tutan doğmalarımız, o müqəddəs ata-ana ocağı imiş.
Bu gün 62 yaşım tamam olur. Bu yaş sadəcə təqvim rəqəmi deyil; yaşanan çətinliklərin, qazanılan təcrübələrin, itkilərin və ən əsası, atam Babaşah kişinin adına layiq, şərəflə keçilmiş bir ömrün bəyannaməsidir.
Həyat doğrudan da çox qəribədir: bizi uşaqlıqda yoxluqla sınayıb ailə sevinci ilə mükafatlandırır, böyüyəndə isə varlıq verib doğmaların həsrəti ilə imtahan edir.
Amma atamın ocağından gələn o mənəvi güc, o təmiz uşaq səmimiyyəti hələ də yaşayır. Keçmişin xatirələrinə sonsuz hörmətlə, bu günün bəxş etdiyi hər ana ... Allaha şükürlə...
Fexreddin Babasahoglu
Əziz Bicolular və səhifə izləyiciləri!!!
Bu gün kəndimizin ağbirçəklərindən olan
Babaşova Səriyyə xala
Haqq dünyasına qovuşmuşdur!!!
Bicolular səhifəsi ailəsinə və yaxınlarına dərin hüzünlə baş sağlığı verir!!!
Allah rəhmət eləsin, məkanı cənnət olsun!!!
Fexreddin Babayev
Category
Contact the public figure
Telephone
Website
Address
Xırdalan.
Xirdalan
Alerts
Be the first to know and let us send you an email when Bicolular posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.