Ixtisas.az
Ixtisas.az-Abituriyentlərin doğru ixtisas seçimi üçün platforma və Youtube kanalı
18/07/2026
ixtisas.az plaftormasında yeni funksiya istifadəyə verildi - "Xalxın uşağı" adlı süni intellekt əsaslı məsləhətçi.
Bu funksiya ilə abituriyentlər:
- Balını daxil edərək analiz nəticəsində hansı ixtisaslara düşdüyünü görə bilir;
- Maraq və hədəflərinə uyğun ixtisas təklifləri alır - məsələn, insanlarla ünsiyyət qurmağı sevənlərə və ya biznes qurmaq istəyənlərə fərqli istiqamətlər tövsiyə olunur;
- Seçdiyi ixtisasın gələcək karyera perspektivi haqqında məlumat əldə edir;
- Chatbot vasitəsilə istənilən sualını yazaraq cavab ala bilir.
Sayt: ixtisas.az
08/07/2026
ixtisas.az-da daha bir yenilik!
Artıq imtahanda topladığınız balı və ixtisas qrupunu daxil etməklə, hansı ixtisaslara qəbul şansınızın olduğunu bir neçə saniyə ərzində öyrənə bilərsiniz.
- Dövlət sifarişli və ödənişli ixtisasları görün
- Şansınız olan bütün ixtisasların siyahısını əldə edin
- Pulsuzdur
Artıq 1 günə 150-dən çox abituriyent bu funksiyadan istifadə edib. 💜
Bal analizi:
Link: https://ixtisas.az/bal-analizi/
Bundan əlavə, ixtisas.az-da abituriyentlər üçün digər faydalı alətlər də mövcuddur:
İxtisaslar bazası – İxtisasları qrup, universitet, təhsil forması və təhsil növünə görə filtrləyə, həmçinin hər bir ixtisas haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Link: https://ixtisas.az/ixtisaslar/
Bal hesablayıcı – İmtahan balınızı rahatlıqla hesablayın.
Link: https://ixtisas.az/dim-ballarin-hesablanmasi/
📢 Paylaşaraq ətrafınızdakı abituriyentlərin də bu ödənişsiz imkandan xəbər tutmasına kömək edə bilərsiniz.
20/06/2026
📢 "Məncə, balım azdır..." deyənlər mütləq oxusun! 👇
İmtahanda topladığınız bal gözlədiyinizdən aşağı olsa belə, bu universitetə qəbul ola bilməyəcəyiniz anlamına gəlmir.
🎓 Düzgün ixtisas və universitet seçimi ilə qəbul şansınızı artıra bilərsiniz.
• Balınıza uyğun ixtisasların müəyyənləşdirilməsi
• Universitet seçimində dəstək
• Keçid ballarının təhlili
• Ən uyğun seçim strategiyası
İxtisas seçimi ilə bağlı peşəkar dəstək almaq üçün bizimlə əlaqə saxlayın.
📩 DM yazın və ya əlaqə nömrənizi qeyd edin, konsultantlarımız sizinlə əlaqə saxlasın.
Türkiyədə təhsil səhifəmiz: Akademi.az
01/06/2026
300, 400, 500, 600 balla hansı ixtisasları seçmək olar?
Abituriyentlərin ən çox verdiyi suallardan biri budur. Lakin unutmaq olmaz ki, ixtisas seçimi yalnız topladığınız bala deyil, maraqlarınıza, bacarıqlarınıza və gələcək karyera hədəflərinizə əsaslanmalıdır.
300+ bal
Bu nəticə ilə müxtəlif istiqamətlər üzrə seçim etmək mümkündür:
• Müəllimlik ixtisasları
• Sosial iş
• Turizm və otelçilik
• Aqrar sahə ixtisasları
• Bəzi mühəndislik istiqamətləri
400+ bal
Seçim imkanları daha da genişlənir:
• Maliyyə
• Mühasibat
• Marketinq
• Menecment
• Filologiya
• Tərcümə
500+ bal
Bu bal bir çox tələb olunan ixtisaslara müraciət etmək imkanı yaradır:
• Kompüter elmləri
• İnformasiya təhlükəsizliyi
• Psixologiya
• Hüquq
• Beynəlxalq münasibətlər
• Biznesin idarə edilməsi
600+ bal
Yüksək rəqabətli proqramlara qəbul şansını artırır:
• Tibb
• Stomatologiya
• Kompüter mühəndisliyi
• Hüquq
• Dövlət idarəetməsi və digər yüksək keçid ballı ixtisaslar
Nəzərə alın ki, keçid balları hər il dəyişir. Buna görə də seçim zamanı son illərin statistik göstəricilərini araşdırmaq və ixtisasların gələcək perspektivlərini qiymətləndirmək vacibdir.
Siz hansı ixtisası seçməyi düşünürsünüz?
05/01/2026
📢 ixtisas.az yeniləndi
Abituriyentlərin ən çox çətinlik çəkdiyi məsələlərdən biri ixtisaslar haqqında dolğun və etibarlı məlumat əldə etmək, topladığı bal ilə hansı universitet və ixtisasa qəbul ola biləcəyini, hansı qrupda hansı ixtisasların olduğunu və keçid ballarını düzgün şəkildə tapmaq idi.
Bu ehtiyacı nəzərə alaraq ixtisas.az platformasında bütün ixtisaslar toplanaraq qruplaşdırıldı və inkişaf etmiş filtr sistemi əlavə olundu. Artıq abituriyentlər istədikləri universiteti, qrupu, təhsil formasını (ödənişli və ya ödənişsiz) və bal aralığını seçərək ixtisaslar haqqında ətraflı məlumat əldə edə bilirlər. İxtisasların böyük hissəsi üzrə geniş izahlar mövcuddur, yaxın zamanda müvafiq linklər də əlavə olunacaq.
Bundan əlavə, abituriyentlər topladıqları balı analiz bölməsinə daxil edərək, ballarına uyğun ixtisaslarla tanış ola və qəbul şanslarını ehtimal əsasında görə bilərlər.
Platforma üzərindən həmçinin xaricdə təhsil, ixtisas seçimi və ümumi konsultasiya xidmətləri üçün müraciət etmək də mümkündür.
Layihənin inkişafı davam edir və növbəti aylarda yeni funksiyalar əlavə olunacaq.
Contacter l'université
Site Web
Adresse
Əliəşrəf Əlizadə 61, Bakı
Baku
Heures d'ouverture
| Lundi | 08:00 - 21:00 |
| Mardi | 09:00 - 12:00 |
| Mercredi | 09:00 - 12:00 |
| Jeudi | 09:00 - 12:00 |
| Vendredi | 09:00 - 12:00 |
| Samedi | 09:00 - 21:00 |
| Dimanche | 09:00 - 21:00 |
Notifications
Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Ixtisas.az publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.